Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:28

AP: “İranın koronavirus səhvləri...”


Iran metrosu
Iran metrosu

"Karantin daş dövründən qalıb"

Associated Press agentliyi bu gün, martin 17-də İranda koronavirusla bağlı tənqidi təhlilini belə başlayır: Iranın koronavirusla mübarizəsinə rəhbərlik edən İraj Harirchi belə bir ifadə işlətmişdi: “Karantin daş dövründən qalma vasitədir. Bir gün sonra o özü qarantinə alındı. Harirchinin əhvalatı İranda baş verənlərə kiçik nümunədir.

Bu ölkədə indiyə qədər 16 min adam yoluxub, azı 988-i vəfat edib.

Agentlik yazır ki, İranın səhiyyə sistemi Yaxın Şərqdə ən yaxşılardan sayılsa da, hospitallar artıq yüklənib.

1962-ci ildən bəri ilk dəfədir ki, İran Beynəlxalq Valyuta Fondundan beş milyard dollar istəyib.

Məqalədə deyilir ki, qarşıdan Novruz bayramı gəlir və hakimiyyət şəhərlər arasında gediş-gəlişə qadağa qoya bilərdi, amma nədənsə qoymur.

Virus vaxtı seçki

Agentlik yazır ki, İranda ilk yoluxma halı mülahizələr görə, Qum şəhərindən başlayıb, iranlı biznesmen özü ilə Çindən virus gətirib, bütün narahatlıqlara baxmayaraq İran Çinlə əlaqələri kəsmədi.

Fevralın 21-də isə parlament seçkisi keçirildi. “Hökumət çox istəyirdi ki, seçkiyə qatılan əhalinin sayı çox olsun. Ali dini lider Ayatollah Ali Khamenei daha sonra hətta xarici düşmənləri günahlandırdı ki, onlar əhalini səsvermədən yayındırmaq üçün hər fürsəti dəyərləndirirlər”.

Ziyarətgahları bağlamadılar

Məqalədə deyilir ki, dünyanın hər yerində ziyarətgahlar, məscidlər bağlansa da, İran bunu etmədi, hətta Fatimə Məsumə məbədinin rəhbəri Mohammad Saidi bəyanat verdi ki, məbədləri bağlamaq ABŞ prezidenti Donald Trump-ın planının bir hissəsidir.

Sosial şəbəkələrdə məbədləri yalayanların videoları yayıldı. Polis bu videoları yayan şəxsləri həbs elədi.

AP yazır ki, indi İranda durum acınacaqlıdır və başqa bir səbəb də medianın azad olmaması, xəbərlərin dövlət nəzarətində olmasıdır.

XS
SM
MD
LG