Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:11

20 dəqiqəlik koronavirus testi kəşf olunub


Arxiv fotosu
Arxiv fotosu

Monaş Universitetinin tədqiqatçıları deyirlər ki, bu test həm mövcud yoluxmanı, həm də daha əvvəl baş verib-verməməsini müəyyənləşdirə bilir

Avstraliya alimləri qan nümunəsi əsasında yeni koronavirusa yoluxmanı müəyyənləşdirən test hazırlayıblar və bunu dünyada bir ilk adlandırırlar.

Monaş Universitetinin tədqiqatçıları deyirlər ki, bu test həm mövcud yoluxmanı, həm də daha əvvəl baş verib-verməməsini müəyyənləşdirə bilir.

“Qısamüddətli tətbiq yoluxmanın sürətlə müəyyənləşdirilməsi və virusun yayılmasını önləmək üçün kontaktların izlənməsindən asılıdır. İcmalarda infeksiyanın miqyasını öyrənməkdən ötrü əhalinin yoxlanması isə uzunmüddətli ehtiyacdır”, – cümə günü “ACS Sensors” dərc olunmuş tədqiqatda deyilir.

Anticismlər də aşkarlana bilər

Tədqiqata BioPRIA və Monaş Universitetinin Kimyəvi Mühəndislik Departamenti rəhbərlik edib.

Qan nümunələrindən götürülmüş 25 mikrolitrlik plazmaya əsaslanan test aqqlütinasiyanı, yəni koronavirusun yaratdığı qırmızı qan hüceyrələri klastrını aşkarlamağa çalışır.

Hazırda koronavirus yoluxmaları yaxma testi vasitəsilə aşkarlanır. Aqqlütinasiya isə fərdin daha əvvəl yoluxduğunu da müəyyənləşdirə bilər, tədqiqatçılar bildirirlər.

Onların bildirməsinə görə, bir saata yüzlərlə nümunə test oluna bilər. Alimlər ümid edirlər ki, bu testlərdən anticismlərin tapılmasında da istifadə mümkündür.

Artıq bu innovasiya üçün patent təqdim olunub və tədqiqatçılar istehsalı gücləndirməyə kommersiya və hökumət dəstəyi axtarırlar.

Dünyada yeni koronavirusa 13,8 milyondan çox insanın yoluxduğu təsdiqlənib, 600 minədək insan vəfat edib. Virus ötən ilin sonunda Çində peyda olub.

Avstraliyada indiyədək 11 mindən çox yoluxma, 116 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG