Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:07

ABŞ-da koronavirusdan yenə rekord ölüm qeydə alınıb


İran, arxiv fotosu
İran, arxiv fotosu

Dünya üzrə COVID-19-dan ölənlərin sayı 660 mini keçib

İyulun 28-də ABŞ-ın altı ştatında koronovirusdan rekord ölüm qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 150 minə çatıb.

Meksika və Braziliyada da rekord gündəlik ölüm baş verib. Dünya üzrə COVID-19-dan ölənlərin sayı 660 mini keçib.

ABŞ-ın xüsusilə cənub və qərb ştatlarında yoluxmalar artmaqdadır. Bu isə pandemiyanın nəzarətə alınmasını, iqtisadi fəaliyyətin bərpasını çətinləşdirir.

Texasda yoluxma sayı 400 mini keçib ki, bu da dünyada cəmi altı ölkədən aşağıdır. Kaliforniyanın səhiyyə rəsmiləri deyirlər ki, ştatda virusdan ölüm hallarının yarıdan çoxu latın amerikalıların payına düşür.

Honq Konq, Almaniya

Braziliya hazırda 2,5 milyona yaxın yoluxma və 88 mindən çox ölümlə Birləşmiş Ştatlardan sonrakı yerdədir.

Bu arada Honq Konq lideri Carrie Lam xəbərdarlıq edib ki, ölkə irimiqyaslı pandemiya ərəfəsindədir, sakinləri mümkün qədər evdə qalmağa çağırıb.

Britaniyanın keçmiş koloniyasında indiyədək 3 minə yaxın yoluxma qeydə alınıb, onlardan 23-ü vəfat edib.

Çində iyulun 28-də son üç ay yarımda ən yüksək – 101 yeni yoluxma müəyyənləşdirilib. Bu ölkədə təsdiqlənmiş yoluxma sayı 84 mindən çox, ölü sayı 4 min 600-dən yuxarıdır.

Dünyada pandemiya ilə effektiv mübarizə aparmış Almaniya da yeni yoluxmaların qarşısını almağa çalışır. İyulun 29-da 684 yeni yoluxma ümumi sayı 207 minə yaxınlaşdırıb. Ölü sayı isə 6 nəfər artaraq 9 min 128-ə çatıb. Yoluxmaların artması partilərdə və iş yerlərində təmaslarla izah olunur.

Hazırda dünyada koronavirusa təsdiqlənmiş yoluxma sürətlə 17 milyona yaxınlaşmaqdadır.

XS
SM
MD
LG