Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:55

Minskdə minlərlə insan həlak olan etirazçı ilə vidalaşır


Minsk, 15 avqust 2020
Minsk, 15 avqust 2020

Şənbə günü, avqustn 15-də minlərlə insan seçkidən sonra avqustun 10-da Minskidəki etirazlarda həlak olan Aleksandr Taraykovski ilə vidalaşır. Bir neçə min adam 34 yaşlı belaruslunun öldüyü Puşkin meydanında toplaşıb.

Hadisə yerindən canlı yayım verən Azadlıq Radiosunun Belarus xidmətinin verdiyi məlumata görə, vida vərasiminə gələn minlərlə insan tabutun qaldırılması zamanı diz çöküb. Aleksandr Taraykovski Minskdəki Qərb məzarlığında dəfn edilib.

Belarus Daxili İşlər Nazirliyinin məlumatına görə, Aleksandr Taraykovski əlindəki əldəqayırma partlayıcının işə düçməsi nəticəsində həlak olub. Amma tibbi arayışda onun döş qəfəsindən aldığı yaradan həyatını itirdiyi yazılıb. Aksiya iştirakçıları da əmindirlər ki, Taraykovskini xüsusi təyinatlılar güllələyib. Rəsmi məlumatlara görə, Aleksandr Taraykovski etiraz aksiyasının qarşısının alınması zamanı ölən yeganə etirazçıdır. Digər ölüm halları ilə bağlı məlumatlar hazırda təsdiqlənmir. Bir neçə aksiya iştirakçısının vəziyyətinin ağır olduğu və yüzlərlə etirazçının da xəstəxanalarda olduğu bildirilir. Onların əksəriyyəti OMON-la toqquşmalarda və tutulandan sonra ağır işgəncələrə məruz qalıb.

Avqustun 9-dan bu günə qədər Minskdə seçki saxtakarlığına etiraz olaraq aksiyalar davam edir. Etirazlarda zorakılıq edən polislərin cəzalandırlması və prezident Alexander Lukashenko-nun istefası tələb olunur. Aksiyaların ilk 3 günü hüquq-mühafizə orqanlarının əməkdaşları ciddi zorakılığa əl atsalar da hazırda belə müdaxilələr qeydə alınmayıb. Aksiyalar təkcə paytaxt Minskdə deyil, ölkənin digər şəhərlərində də davam etməkdədir. Belarsun din xadimləri, tanınmış musiqi qruplarının üzvləri də hökuməti etirazçılarla dialaoqa çağırırlar. Mitropolit Pavel hakimiyyəti zorakılıqlardan imtina etməyə çağırıb və səsvermədən sonra Alexander Lukashenko-nu təbrik etdiyi üçün xalqdan üzr istəyib.

XS
SM
MD
LG