Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:18

İsrail mediası 'kamikadze dronlar'dan yazır


İsrail dronu
İsrail dronu

“SUAS news” 2011-ci ildə yazırdı ki, Azərbaycan “İsrail dronlarını lisenziya ilə buraxıb”

İsrailin “Jerusalem Post” qəzeti yazır ki, Dağlıq Qarabağda döyüşlər zamanı artilleriya mövqeyinə dron zərbəsinin görüntüsü yayıylıb və görüntüdə İsrail dronu görünür. Bu məsələ İsraildə sosial mediada qızğın müzakirə mövzusuna çevrilib. Hələlik, hücumda Orbiter dronundan istifadə rəsmi təsdiqlənməyib. Qəzet yazır ki, Orbiter 1K dronu 2011-ci ildə Azərbaycana satılıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sentyabrın 30-da Bakıda brifinqdə deyib ki, Ermənistan Azərbaycanın işlətdiyi dronlardan qorxursa, Dağlıq Qarabağın işğalını dayandırmalıdır. Bu dronların İsrail istehsalı olub-olmamasına dair suala “bəziləri” cavabını verib.

Dronların istehsalına lisenziya verilib

Məqalədə qeyd olunur ki, İsrailin “kamikadze dronları” Azərbaycanın arsenalında müəyyən yer tutur. 2019-cu ilə aid “Dron datası” Azərbaycanın arsenalında Aerostar, SkyStriker, Orbiter 1K, Orbiter 3, Harop, Heron TP, Hermes 450 və Hermes 900 dronlarının olduğunu göstərir. Aerostar, Orbiter 1K və Orbiter 3-ün “Azad systems” şirkəti tərəfindən tərəfindən istehsalına lisenziya verilib.

“SUAS news” 2011-ci ildə yazırdı ki, Azərbaycan “İsrail dronlarını lisenziya ilə buraxıb”. Məlumatda bildirilirdi ki, İsrailin Aerostar və Orbiter 2M dronları Azərbaycanın Müdafiə Nazirliyi ilə İsrailin Aeronavtika Müdafiə Sistemlərinin birgə müəssisəsi olan “Azad Systems” tərəfindən hazırlanır.

“Jerusalem Post” qeyd edir ki, 2016-cı il döyüşlərində Azərbaycan İsrail dronundan istifadə edəndə Ermənistan İsrailə şikayət etmişdi. İnternetdə də həmin hücumun əks olunduğu iddia edilən video yayılmışdı.

“Azərbaycandan İsrailə uçuşları sosial media istifadəçiləri sənədləşdirir. ‘Haaretz’ qəzeti yazırdı ki, bu həftənin əvvəlində döyüşlər başlanandan sonra Azərbaycanın Müdafiə Nazirliyinin təyyarəsi iki dəfə İsrailə uçuş həyata keçirib”, – məqalədə vurğulanır.

Beynəlxalq mediada yayılan xəbərlərə rəsmi Bakının cavabı olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Xatırlatma

Dağlıq Qarabağ 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

Bu ilin iyulunda aparılan əməliyyatlarda hər iki tərəfdən itkilərin olduğu açıqlanmışdı. Sentyabrın 27-dən başlanmış əməliyyatlarda Azərbaycan azı 19 mülki şəxsin öldüyünü, 55 nəfərdən çox yaralının olduğunu bildirir, ölən hərbçilərin sayı açıqlanmır.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG