Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:54

Ermənistanda yenə də müharibə söhbətləri gəzir…


Ermənistanda yeni müharibə xəbərlərini yayanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:09:57 0:00

Ermənistanda yeni müharibə xəbərlərini yayanlar kimlərdir?

Ermənistanlı ictimai fəal İşxan Verdiyan AzadlıqRadiosuna deyib ki, Ermənistanda son günlər yenidən müharibə söz-söhbəti gəzir:

“Vəziyyət belədir ki, xalqı müharibəyə hazırlayırlar, deyirlər ki, yenə nəsə böyük bir hadisə başlayacaq. Məncə, bu, cəfəngiyyatdır. Belə bir şeyin baş verməsi qeyri-mümkündür. Dəqiq bildiyim budur ki, Ermənistanda heç kim müharibə istəmir. Məncə hətta keçirilən hərbi təlimlər də xalqı sakitləşdirməyə yönəlib”.

Bənzər müzakirələri sosial şəbəkələrdə azərbaycanlı fəallar da aparırlar.

Şərq Qərb Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi təhlilçi Ərəstun Oruclu öz Facebook hesabında yayır ki, növbəti müharibə təhlükəsi həmişə var.

O deyir ki, 10 noyabr atəşkəs bəyanatına zidd olaraq Dağlıq Qarabağda erməni hərbi birləşmələri qalır:

“Yəni, Qarabağdakı ermənilərin istənilən hərbi birləşməsi qanunsuzdur və çıxarılmalıdır. Bu müddəa Azərbaycana imkan verir ki, öz ərazisindəki qanunsuz hərbi birləşmələrin ləğv edilməsinə dair xüsusi əməliyyatlar keçirsin. Söhbət əsla müharibədən, hətta antiterror əməliyyatından da yox, qanunsuz silahlı birləşmələrin ləğvindən gedir. Azərbaycan tam haqqı çatan bu əməliyyata ləngimədən başlamalıdır”.

Naxçıvan dəhlizi məsələsi uzadılır

Vaşinqtonda siyasi şərhçi Pol Qobl deyir ki, indi tərəflər arasında gərginlik iki ay əvvəl olduğundan daha çoxdur.

O hesab edir ki, Ermənistanda və Rusiyada bəzi qüvvələr istəmir ki, Naxçıvan dəhlizi çəkilsin və onlar prosesi uzadırlar:

“Əgər Ermənistan bu öhdəliyinə əməl etməkdən imtina etsə, bu halda məncə, hərbi münaqişə alovlana bilər. Azərbaycan Xankəndinə çox yaxındır. Azərbaycan bütün işğal olunmuş ərazisini geri qaytara bilər. Bunu etmək çətin də deyil. Rusiyanın sülhməramlılarının sayı o qədər də çox deyil. Öz sülhməramlılarının sayını artırmaq isə Rusiyanın irimiqyaslı müdaxiləsi demək olar. Bunu isə məncə, Rusiya etmək istəmir”.

“Rusiya Azərbaycanı itirə bilər”

Pol Qobl əlavə edir ki, Rusiyanın irimiqyaslı müharibə ilə bağlı mövqeyi də birmənalı deyil - birtərəfdən yeni müharibə Krımda olduğu kimi prezident Vladimir Putinin ölkə daxilində nüfuzunu qaldıra bilər, digər tərəfdən isə Rusiyanın dünya qarşısında sülhməramlı imicini saxlamaq kimi strateji marağı var.

“Ümid edirəm ki, Rusiyanın strateji maraqları önə çəkiləcək. Rusiya Azərbaycan əleyhinə müharibəyə girsə, Azərbaycanı itirər. Odur ki, rəsmi Moskva bunda tərəddüd edəcək. Bununla belə kiçikmiqyaslı toqquşmaların böyük müharibəyə çevrilməsi də istisna deyil. Bu o halda baş verəcək ki, hər üç tərəf bir-birinin əslində nə etmək istəməsi barədə qeyri-əmin və şübhəli qalacaq və bu ölkələrin liderləri öz xarici siyasətlərini daxildə öz hakimiyyətlərini gücləndirmək üçün istifadə edəcək”.

Azərbaycan bu dəfə Xankəndinə girə bilər? Amerikalı diplomat danışır
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında keçən il noyabrın 10-da imzalanmış atəşkəs bəyanatı ilə Qarabağda 44 günlük müharibə dayanıb.

Azərbaycan 90-cı illərin əvvəlində nəzarəti itirdiyi torpaqların çox hissəsini qaytarıb, amma keçmiş Dağlıq Qarabağ vilayətinin çox hissəsinə de facto Rusiya sülhməramlıları nəzarət edir.

XS
SM
MD
LG