Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:24

Vaşinqton və Moskva mümkün Bayden-Putin görüşünü müzakirə edirlər


ABŞ və Rusiya prezidentləri Co Bayden (solda) və Vladimir Putin
ABŞ və Rusiya prezidentləri Co Bayden (solda) və Vladimir Putin

Vaşinqton və Moskva arasında münasibətlər daha da gərginləşdikdən sonra ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sullivan rusiyalı həmkarı ilə iki ölkə prezidentlərinin mümkün görüşünü müzakirə edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Honun bəyanatında deyilir ki, Sullivan və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev aprelin 19-da telefon danışıqlarında “əlaqələri davam etdirmək” barədə razılığa gəliblər.

Bundan az əvvəl Kreml bildirmişdi ki, Rusiya prezidneti Vladimir Putin bu həftə ABŞ-ın rəhbərliyi ilə keçiriləcək virtual sammitdə çıxış edəcək.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Patruşev və Sullivan Putin və ABŞ prezidenti Co Bayden arasında sammitə hazırlığı, “Rusiya-ABŞ əməkdaşlığının mümkün inkişaf istiqamətlərini” müzakirə ediblər.

Bundan əvvəl Bayden Rusiya prezidentinə üçüncü bir ölkədə görüşərək ikitərəfli münasibətləri üzbəüz müzakirə etməyi təklif etmişdi.

Putin hələlik bu təklifə münasibət bildirməyib.

Ötən həftə Bayden Putini habelə ABŞ-ın təşəbbüsü ilə aprelin 22-23-də keçiriləcək virtual iqlim sammitində iştirtaka dəvət etmişdi. Putin bu dəvəti qəbul edib.

Putin ABŞ İqlim sammitində çıxış etmək qərarına gəlib

Kreml bildirir ki, Rusiya prezidenti Vladimir Putin bu həftənin sonunda ABŞ-ın təşkil etdiyi onlayn İqlim sammitində çıxış edəcək.

Kremlin aprelin 19-da verdiyi bəyanatda deyilir ki, Putin “qlobal iqlim dəyişikliyinin neqativ təsirlərinə üstün gəlinməsi üçün beynəlxalq əməkdaşlığın təşkil olunması kontekstində” danışacaq.

ABŞ prezidenti Co Bayden ötən ay Putini və başqa dünya liderlərini aprelin 22-23-də keçiriləcək virtual sammitə dəvət etmişdi.

Lakin bu dəvətdən sonra keçən qısa müddətdə Baydenin Rusiyaya qarşı elan etdiyi geniş sanksiyalara görə Vaşinqton və Moskva arasında münasibətlər daha da gərginləşib.

Putinin ABŞ sammitində iştirak edəcəyinə şübhələr yaradan başqa faktorlar da vardı.

Bunlar Kremlin tənqidçisi Aleksey Navalnının həbsxanada vəziyyətinin pisləşməsi, Rusiyanın Ukraynanın sərhədi boyunca və ilhaq edilmiş Krımda qoşun cəmləşdirməsi, habelə 2014-cü ildə Çexiyanın silah anbarlarından birində törədilmiş partlayışın arxasında Rusiyanın durduğuna dair iddiaların səslənməsi idi.

Çin hələ cavab verməyib

Sammitin ilk günü – beynəlxalq Yer Günü ilə üst-üstə düşür.

Vaşinqton martın 26-da bu sammitin elanını verərkən qlobal iqlim dəyişikliyinə qarşı çox güclü hərəkətə ehtiyac olduğunu bildirmişdi.

Bayden bu sammitə Çin prezidenti Si Tsinpini də dəvət edib, lakin Pekin bu dəvətlə bağlı həələki heç bir açıqlama verməyib.

Sammit Vaşinqtonun qlobal problemlərin həlli ilə bağlı tədbirlərdə fəal iştiraka qayıdışını nümayiş etdirməlidir.

Ağ Ev martın 26-da bunu da bildirmişdi ki, ABŞ bu ilin noyabrında Şotlandiyada keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransına hazırlıq görür.

Çexiya ilə Rusiya arasında "casusluq" qalmaqalı böyüyür
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Paris Sazişinə sadiqlik

Bayden özündən əvvəlki prezident Donald Trampın qərarını dəyişərək ölkəsini 2015-ci il Paris Sazişinə qaytarıb.

Ağ Ev bildirib ki, iqlim dəyişikliyi ABŞ-ın Rusiya və Çinlə əməkdaşlıq edə biləcəyi azsaylı sahələrdən biridir.

Birləşmiş Ştatlar və Çin iqlim dəyişikliyinə qarşı mübarizədə Paris Sazişinə uyğun olaraq əməkdaşlıq etməyə razılaşıblar.

Bu razılaşma ABŞ-ın iqlim səfiri Con Kerri aprelin 17-də Şanxaya səfər etdikdən sonra mümkün olub.

Birgə bəyanatda deyilir ki, Birləşmiş Ştatlar və Çin başqa ölkələrlə birlikdə iqlim dəyişikliyi böhranının çözülməsi istiqamətində əməkdaşlıq edəcəklərini və problemin son dərəcə ciddi olduğunu qəbul etdiklərini bildiriblər.

XS
SM
MD
LG