Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:33

Peskov sərhəd barədə ‘xatakar’ yazılara təmkinli yanaşmağa çağırıb


Dmiitri Peskov
Dmiitri Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov guya sərhədin demarkasiyası ilə bağlı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinİlham Əliyevə aid sosial şəbəkələrdə yayılmış “bəyanat” barədə xəbərləri şərh edərkən “xatakar” yazılara təmkinli yanaşmağa və yalnız rəsmi xəbərlərə istinad etməyə çağırıb.

RIA Novosti xəbər verir ki, mətbuat katibi bunun son dərəcə “kövrək” məsələ olduğunu bildirib:

"Bu ümumilikdə o qədər kövrək məsələdir ki və bu vəziyyətin tənzimlənməsinə o qədər ciddi səylər yönəldilir ki, bu cür xatakar yazılara təmkinlə yanaşmaq və yalnız rəsmi mənbələrə istinad etmək lazımdır”.

Peskov bundan artıq təfərrüat verməyib.

Bundan əvvəl Rusiyanın xarici işlrə naziri Sergey Lavrov bildirmişdi ki, Moskva Bakı və Yerevana sərhədin delimitasiya və demarkasiyasında vasitəçilik və köməyini təklif edib.

Lakin Nikol Paşinyan mayın 20-də parlamentdə etdiyi çıxışda ionternet yayılmış sənədin haszırda müzakirədə olduğunu təsdiqləyib.

O bundan əvvəl sözü gedən sənədi imzalamağa hazır olduğunu bildirmişdi.

Lakin internetdə dərc olinmuş sənəd Ermənistanın siyasi dairələrində hay-küyə və müzakirələrə yol açıb.

XS
SM
MD
LG