Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:32

ABŞ-da böyüklərin yarısı tam peyvənd olunub


Macarıstanda vaksinasiya
Macarıstanda vaksinasiya

İlin sonunadək AB daha 450 milyon doza vaksin əldə edəcək, ümumi 1.5 milyard dozası olacaq

Birləşmiş Ştatlarda böyüklərin yarısı COVID-19-a qarşı tam peyvənd olunub.

Prezident Co Bayden iyulun 4-dək böyüklərin 70 faizinə azı bir dozanın vurulmasını hədəf qoyub. Hazırda bu rəqəm 62 faizdir.

Mayın 25-də Moderna şirkəti elan edib ki, araşdırma onun vaksininin 12 yaşlı uşaqlarda da effektli olduğunu ortaya qoyub.

Şirkət iyunda yeniyetmələrlə bağlı datasını ABŞ-da və digər yerlərdə qlobal tənzimləyicilərə təqdim edəcəyini açıqlayıb.

Avropa

Birləşmiş Ştatlar və Kanada Pfizer və BioNTech vaksininin 12 yaşlılara vurulmasını təsdiqləyib. AB-nin yaxın həftələrdə bununla bağlı qərar verəcəyi gözlənir.

Avropada vaksinasiya sürətləndikcə yoluxmalar azalır, ölkələr acılıma gedir, qadağaları yüngülləşdirirlər.

Mayın 25-də AB liderlərinə təqdim olunmuş sənədə görə, blok sentyabrın sonunadək bir milyard dozadan çox COVID-19 vaksini alacağını gözləyir. Bu həmin tarixədək birlik əhalisinə peyvənd vurmağa yetəcək. İlkin hədəf yayın sonunadək böyüklərin 70 faizini peyvəndləmək idi.

“Məqsədimizə doğru gedirik. Bu cür davam etsək, cəmiyyətlərimizi təhlükəsiz açmağa inamımız artar”, – Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

İlin sonunadək AB daha 450 milyon doza vaksin əldə edəcək, ümumi 1.5 milyard dozası olacaq. Birlik ilin sonunadək azı 100 milyon dozanı ehtiyacı olan digər ölkələrə verməyi planlaşdırır.

Rusiya, Hindistan

Rusiyanın Yakutiya regionunun hakim orqanları isə bütün işəgötürənlərin öz işçiləri üçün peyvəndləməni təşkil etməsini istəyir. Məqsəd tərəddüdlərdən dolayı yubanan prosesi sürətləndirməkdir.

Bu həftə Meksika özünün istehsal etdiyi AstraZeneca vaksininin ilk partiyasını əldə edəcək, dozaların yarısı isə istehsal tərəfdaşı olan Argentinaya göndəriləcək.

Hindistanda gündəlik yoluxma sayı son altı həftəyə yaxın müddətdə ən son həddə düşüb, ancaq ölkədə vaksin qıtlığı ciddi problem olaraq qalır. Üstəlik, rəsmi rəqəmlərin heç də ölkədə pandemiyanın real səviyyəsini əks etdirmədiyi düşünülür.

Dünya Səhiyyə Təşkilatının (DST) mayın 26-da açıqladığı hesabata görə, ilk dəfə Hindistanda aşkarlanmış mutasiya 53 ölkədə və ərazidə qeydə alınıb.

Hesabatda deyilir ki, B.1.617 ştammı daha yoluxucu olması ortaya çıxıb, xəstəliyin kəskinliyi və infeksiya riski isə hələ öyrənilməkdədir.

XS
SM
MD
LG