Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:44

ABŞ Əfqanıstandan evakuasiyanı başa çatdırdı


Amerika Birləşmiş Ştatları öz qüvvələrinin Əfqanıstandan çıxarılmasını başa çatdırmaqla öz tarixinin ən uzun müharibəsinə son qoyub

Amerika Birləşmiş Ştatları öz qüvvələrinin Əfqanıstandan çıxarılmasını başa çatdırmaqla öz tarixinin ən uzun müharibəsinə son qoyub.

Buna baxmayaraq Əfqanıstanda hələ də minlərlə əfqan ölkəyə nəzarəti ələ almış Talibanın hakimiyyətindən qaçmağa çalışır.

ABŞ Mərkəzi Komandanlığının başçısı general Frenk Makenzi bəyan edib ki, bütün ABŞ qüvvələri prezident Co Baydenin qoyduğu son müddətdə - avqustun 31-dək Əfqanıstandan çıxarılıb.

Taliban bu hadisəni avqustun 31-nin erkən saatlarında havaya atəşlər açmaqla qeyd edib.

Talibanın atəşfəşanlığı
Talibanın atəşfəşanlığı

Talibanın sözçüsü Zabihulla Mücahid deyib ki, “Amerika əsgərləri Kabil hava limanını tərk etdilər və ölkəmiz tam müstəqilliyinə yetişdi”.

Birləşmiş Ştatlar və onun müttəfiqləri avqustun 14-dən bəri Kabil hava limanından 122 min nəfəri təxliyə ediblər.

General Makenzi deyib ki, Birləşmiş Ştatlar Əfqanıstanda sayı 6 min olaraq təxmin edilən amerikalıların böyük əksəriyyətini evakuasiya edib.

Prezident Bayden avqustun 31-də ölkəyə müraciət edəcəyini deyib və ABŞ tarixində hava ilə ən böyük təxliyənin başa çatdırılmasına görə ABŞ hərbçilərinə təşəkkürünü bildirib.

Taliban öhdəliyinə əməl edəcəkmi?

Əfqanıstan tədricən Talibanın nəzarətinə keçdikcə ABŞ və onun müttəfiqləri təcili qaydada öz vətəndaşlarının və təhlükədə olan əfqanların təxliyəsinə başlamışdı.

Bu da qeyd olunur ki, evakuasiyanın son günlərində Taliban Kabil hava limanındakı ABŞ qüvvələri ilə əməkdaşlıq edib.

Buna baxmayaraq Talibanın hakimiyyətindən qaçmağa çalışan minlərlə əfqan hələ də ölkədə qalır.

Taliban bildirib ki, Kabil hava limanında nəzarətə tam sahibləndikdən sonra normal səfərlərin bərpasına imkan yaradacaq.

Taliban habelə xaricilərin bundan sonra da ölkəni tərk etmələrinə imkan verəcəyini vəd edib.

Avqustun 30-da BMT-nin Təhlükəsizlik Şurası Talibana müraciət edərək onun adamların Əfqanıstandan sərbəst çıxışına imkan verəcəyinə dair öhdəliyini yerinə yetirməyə çağırıb.

XS
SM
MD
LG