Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:14

Belarusda müxalifət liderlərinin məhkəməsi başlayıb


Belarus-müxalifət lideri Maryaa Kalesnikava, 4 avqust, 2021
Belarus-müxalifət lideri Maryaa Kalesnikava, 4 avqust, 2021

Lukashenka rejimi 2020-ci ildə keçirilmiş mübahisəli prezident seçkisindən sonra ölkəni bürüyən etirazları yatırmaq üçün kütləvi repressiyalara başladı, yüzlərlə müxalifət tərəfdarı həbsə atıldı, müstəqil media orqanları və hüquq-müdafiə təşkilatları bağlandı.

Belarusda müxalifət liderləri Mariya Kalesnikova və Maksim Znak-ın məhkəməsi başlayıb.

Onların ikisi də 2020-ci ilin avqustunda Belarusda keçirilmiş mübahisəli prezident seçkisi və bundan sonra ölkəni bürüyən etiraz aksiyalarından sonra həbs olunublar.

Prokurorluq müxalifət liderlərini hakimiyyəti zəbt etməyə cəhddə və ölkənin təhlükəsizliyini pozan bəyanatlar verməkdə ittiham edir.

Əgər onlar bu maddələrlə təqsirli bilinsələr, 12 ilə azadlıqdan məhrum oluna bilərlər.

Prosesdən əvvəl, məhkəmənin qapalı olacağı bildirilib.

Belarus hakimiyyəti son günlər qeyri-hökumət təşkilatları və müstəqil jurnalistlərin ofisləri və evlərində reydlər keçirib.

Hakimiyyət seçkidən sonra ölkəni bürüyən etirazları yatırmaq üçün kütləvi repressiyalara başladı, yüzlərlə müxalifət fəalı həbsə atıldı, müstəqil media orqanları və hüquq-müdafiə təşkilatları bağlandı.

İndi də ölkədə müxalifətə qarşı repressiyalar davam etdirilir.

İyulun ortasından bu yana məhkəmə qərarı olmadan bu ölkədə qapadılan QHT-lərin sayı 65-i keçib.

Əsas müxalifət lideri və prezidentliyə keçmiş namizəd Svetlana Tikhanovskaya hazırda xaricdə mühacirətdə yaşayır.

O, bir gün öncə Londonda Böyük Britaniyanın baş naziri Boris Johnsonla, bundan əvvəlsə Vaşinqtonda ABŞ prezidenti Joe Biden-lə görüşüb.

Qeyd edək ki, qərb ölkələri, ötən il Belarusda keçirilmiş prezident seşkisinin nəticələrini və həmin seçkidə qalib elan edilmiş Aleksandr Lukashenkanın legitimliyini tanımırlar.

ABŞ və Avropa Birliyi başda olmaqla bir sıra dünya ölkələri Lukashenka rejiminə qarşı sanksiyalar tətbiq ediblər.

XS
SM
MD
LG