Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:53

Belaruslu fəal Kiyevdə ‘asılmış’ tapılıb


Vital Şişou Kiyevdə
Vital Şişou Kiyevdə

Polis bütün ehtimalların, o cümlədən intihar adıyla ört-basdır edilən qətlin araşdırılacağını bəyan edib

BDU avqustun 2-də Telegram-da yazıb ki, fəal gündəlik qaçışa çıxıb və geri qayıtmayıb.

Qurum Şişounun iş paltarlarının evdə olmadığını, onunla telefon əlaqəsi cəhdlərinin boşa çıxdığını vurğulayıb.

BDU fəalı Yuri Şuşko Şişounun axtarışlarından iştirak edib. O, “Current Time”a deyib ki, fəalın üzündə döyülmə izləri olub. O, Ukraynada fəaliyyət göstərdiyi bildirilən Lukaşenka təhlükəsizlik əməkdaşlarının məsuliyyət daşıma ehtimalından danışıb.

“Bu, ənənəvi KQB sxemidir. Adam üzündə döyülmə izləri ilə asılıb. Heç nə itməyib”, – sarsıldığı görünən Şuşko söyləyib.

Onun sözlərinə görə, Ukrayna hökuməti QHT üzvlərinə onları “fiziki məhv etməkdən ötrü Ukraynaya gələn Belarus xüsusi qüvvələri və digər birliklər” haqda xəbərdarlıq edibmiş.

Əslən Belarusdan olan Şişou 2020-ci ilin mübahisəli avqust seçkisindən sonra Ukraynaya köçüb.

***

Ukrayna polisi avqustun 3-də belaruslu fəal Vital Şişounun Kiyevdəki evinin yaxınlığında ölü tapıldığını və şübhəli qətl ittihamı üzrə cinayət işi açıldığını bildirib.

Polis bütün ehtimalların, o cümlədən intihar adıyla ört-basdır edilən qətlin araşdırılacağını bəyan edib.

Şişou “Ukraynada Belarus Evi” (BDU) adlı QHT-nin rəhbəri idi. Bu qurum Alyaksandr Lukaşenka rejimindən qaçan belaruslulara kömək etməklə məşğuldur. Lukaşenka 2020-ci il avqust seçkisinin qalibi elan olunandan sonra kütləvi etirazları amansızlıqla yatırdıb.

“Dünən Kiyevdə itkin düşmüş belaruslu Vitali Şişov bu gün Kiyev parklarının birində, yaşayış yerinin yaxınlığında asılmış vəziyyətdə tapılıb”, – polisin bəyanatında deyilir.

Qərb Lukaşenkanı Belarus prezidenti kimi tanımayıb. Müxalifət seçkinin saxtalaşdırıldığını, lideri Svetlana Tixanovskayanın əsl qalib olduğunu bildirib. Tixanovskaya seçkidən sonra Litvaya sığınıb.

XS
SM
MD
LG