Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:10

Türkiyənin yeni baş naziri Binali Yıldırım kimdir?


Türkiyədəki hakim partiyanın yeni lideri Binali Yıldırım şıxış edəndə səsi batdı
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Türkiyədəki hakim partiyanın yeni lideri Binali Yıldırım şıxış edəndə səsi batdı

Binali Yıldırımın prezidentlə dostluğu Erdoğan hələ İstanbul şəhərinin meri olan vaxtlardan başlanıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) nəqliyyat və kommunikasiya naziri Binali Yıldırımı ölkənin yeni baş naziri vəzifəsinə namizəd elan edib.

Prezident Erdoğanın köhnə silahdaşı və hətta onun “sağ əli” sayılan Yıldırım haqqında yazan Abbas Cavadi xatırladır ki, Türkiyədə ənənəvi olaraq baş nazir vəzifəsini hakim partiyanın lideri tutur.

Beləliklə, Yıldırım bu ayın əvvəllərində istefa vermiş Ahmet Davutoğlunun hər iki vəzifəsini tutacaq.

Tarixi şəkil: Yıldırım, Erdoğan, Davutoğlu
Tarixi şəkil: Yıldırım, Erdoğan, Davutoğlu

Yıldırım İstanbul Texniki Universitetitinin Gəmiqayırma və Dənizçilik Elmləri fakültəsini bitirib və iş təcrübəsinə Skandinaviya ölkələrində sahiblənib.

Onun son vəzifələrindən biri də İstanbulun dəniz nəqliyyatına rəhbərlik idi və o burada meqaşəhərin dəniz sərnişin xətlərinin işini yaxşılaşdırması ilə tanınıb.

O son 22 ildə prezident Recep Tayyip Erdoğanın “yaxın dostu” sayılıb. Yəni bu dostluq Erdoğan hələ İstanbul şəhərinin meri olan vaxtlardan başlanıb. Yıldırım həm də Erdoğanın 2001-ci ildə yaratdığı AKP-nin əsasını qoyanlardan biridir.

O, AKP 2002-ci ildə parlament seçkisində mütləq səs çoxluğunu qazanandan bəri nəqliyyat naziri vəzifəsini daşıyırdı. Yıldırım Bosfor körpüsü də daxil, onlarca nəqliyyat layihəsinə rəhbərlik edib. Buna baxmayaraq 2004-cü ildə baş vermiş ağır qatar qəzasından sonra müxalifət onun istefasına çağırırdı.

Yıldırım və onun qayınının adı, habelə 2013-cü ildə qalxmış bədnam rüşvət qalmaqalında hallandırılırdı. O vaxt prokurorlar cəsarətli hərəkət edərək bir neçə AKP rəsmisi və onların qojhumları barədə cinayət işləri açmışdılar.

Lakin hökumət bu qalmaqaldan elə həmin prokurorların özlərini həbs etdirmək və cinayət işlərini dayandırmaqla çıxmışdı. O vaxt Erdoğan və AKP bu qalmaqalı Birləşmiş Ştatlarda yaşayan müsəlman vaizi Fethullah Gülenin qəsdi və “pararlel dövlət qurmaq cəhdi adlandırmışdı.

“Milyonların adamı”

Sosial-demokrat müxalifətin lideri Kemal Kılıcdaroğlu 2014-cü ildə Yıldırımı hökumət tenderlərindən hakim AKP üçün pul ayırmaları etməkdə günahlandırırdı və onu, əlbəttə “dollarları” nəzərdə tutaraq “milyoların adamı” adlandırmışdı.

Müxalifət lideri Kemal Kılıcdaroğlu Yıldırımı korrupsiyada ittiham edib
Müxalifət lideri Kemal Kılıcdaroğlu Yıldırımı korrupsiyada ittiham edib

Kılıcdaroğlu iddia edirdi ki, Yıldırım məşhur telekanalın və qəzetin satışında iştirak edərək 630 milyon dollar əldə edib. Sonradan prokurorlar deyirdilər ki, qanunsuz yollarla əldə edilmiş bu vəsaitdən hakim partiyanın və onun liderlərinin layihələri üçün qanunsuz şəkildə istifadə olunmalıydı.

Erdoğan və onun hökuməti bu ittihamları rədd edirlər.

Abbas Cavadi yazır ki, Yıldırım Türkiyədə 2012-ci ildən de dacto tətbiq edilən prezidelik sistemində ikinci baş nazir olacaq.

Son illərdə Erdoğan ölkəni intensiv şəkildə “icraçı prezidentlik üsül-idarəsinə” keçirməklə məşğuldur. Belə gedərsə, bu sistemdə artıq baş nazirə elə bir ehtiyac qalmayacaq.

Lakin bu sistemə keçilməsi üçün ümumölkə referendumunda Erdoğanın ideyasına seçicilərin azı üçdə ikisi səs verməlidir.

AKP-nin parlament seçkilərində bir qayda olaraq səslərin 50 faizini qazanmasına baxmayaraq, bu səviyyədə dəstək konstitusiya dəyişikliyi üçün kafi olmayacaq.

Buna baxmayaraq, getdikcə artan ictimai müxalifətə rəğmən Erdoğan de facto prezident kimi bütün mühüm hökumət qərarlarını özü verir və baş nazirə bu qərarların yalnız icrası qalır.

Bu mənada Yıldırımın da Türkiyə hökumətində sözünün çəkisi xələfi Davutoğludan çox olmayacaq.

XS
SM
MD
LG