Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:52

Ukrayna uşaqlarının zorla Rusiyaya aparılmasına görə sanksiyalar


Vladimir Putin Mariya Lvova-Belova ilə danışır (Arxiv fotosu)
Vladimir Putin Mariya Lvova-Belova ilə danışır (Arxiv fotosu)

Mariya Lvova-Belova Ukraynanın Donbas bögəsindən 2000 müdafiəsiz uşağın Rusiyada övladlığa verilmək üçün zorla transfer edilməsində ittiham olunur

Britaniya Moskvanın Ukraynaya qarşı təcavüzü ilə bağlı Rusiya prezidentinin uşaq hüquqları üzrə xüsusi nümayəndəsi Mariya Lvova-Belovaya və Rus Pravoslav Kilsəsinin (RPK) başçısı patriarx Kirilə (Qundyayev) sanksiyalar elan edib.

Bu sanksiyalar adı çəkilən şəxslərin Britaniyadakı hər hansı aktivlərinin dondurulmasını və onlara Britaniyaya səfər qadağanını nəzərdə tutur.

Britaniya Xarici İşlər Nazirliyinin iyunun 16-da verilmiş bəyanatında deyilir ki, Lvova-Belovaya qarşı sanksiyalar Ukrayna uşaqlarının zorla Rusiyaya aparılması və orada övladığa verilməsinə görə qoyulub.

Patriarx Kirilin Ukraynadakı müharibəyə dəstək verdiyinə görə cəzalandırıldığı bildirlir.

Lvova-Belova Ukraynanın Donbas bögəsindən 2000 müdafiəsiz uşağın Rusiyada övladlığa verilmək üçün zorla transfer edilməsində ittiham olunur.

Buçadakı vəhşiliklərə görə

Britaniya bundan başqa Rusiya silahlı qüvvələri 64-cü Əlahiddə Motoatıcı Briqadasının 4 polkovnikini sanksiya siyahısına əlavə edib.

Bu briqada Kiyev yaxlınlığındakı Buçada mülkilərin qətlində, zorlanmasında və onlara işgəncələr verilməsində ittiham olunur:

"Biz bu sanksiyalarla Putinin Ukrayna xalqına, uşaqların zorla transferi və övladlığa verilməsi də daxil ağlasığmaz iztirab gətirmiş müharibəsinə dəstək verənləri və ona kömək edənləri hədəfləyirik”.

RPK Kirilə qarşı sanksiyaları “absurd” adlandırıb.

Kilsənin sözçüsü Vladimir Leqoyda Telegram-da yazıb:

"Rusiya kilsəsinin başçısını təhdid etmək və ona öz baxışlarını dəyişməsi üçün təzyiq göstərmək mənasızdır”.

Bu da qeyd olunur ki, bundan iki həftə əvvəl 75 yaşlı patriarx Macarıstan lideri Viktor Orbanın təzyiqi ilə Avropa İttifaqının sanksiya siyahısından çıxarılmışdı.

Yetimlərə Rusiya pasportu

Belə görünür ki, Ukrayna uşaqlarının zorla Rusiyaya aparılması Putin hökumətinin Rusiya vətəndaşlarının sayını bu sayaq artırmaq siyasətinin bir hissəsidir.

Rusiya tərəfindən işğal olunmuş Xerson vilayətinin Moskva tərəfindən təyin edilmiş rəhbərləri bildiriblər ki, vilayətdə fevralın 24-dən sonra doğulmuş uşaqlara avtomatik olaraq Rusiya vətəndaşlığı veriləcək.

Rusiya Ukraynaya səbəbsiz və əsassız müdaxiləsinə məhz fevralın 24-də başlayıb.

Rusiya mediasının “Xerson vilayəti hərbi-mülki administrasiyasının sədr müavini” kimi təqdim etdiyi Kiril Stremousov deyib ki, vilayətdəki bütün yetim uşaqlara artıq Rusiya pasportları verilib.

Bu işin hansı qanun və qaydalar əsasında görüldüyü məlum deyil.

İnsan haqları fəalları bildirilər ki, uşaqların Ukraynadan zorla aparılması və ya onların övladığıa verilməsi hərbi cinayətlərə bərabər tutulmalıdır.

Ukraynada Stremousova cinayət işinin açıldığı xəbər verilir.

XS
SM
MD
LG