Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:00

Rusiya məhkəməsi jurnalist haqda qərar çıxardı


Roman Dobroxotov
Roman Dobroxotov

Jurnalistin pasportu əlindən alınsa da ölkədən çıxa bilib. Həyat yoldaşı və uşaqları isə Moskvada qalıb

Moskvada məhkəmə araşdırmaçı jurnalistin niderlandlı bloqerə 156 min rubl ( 2155 dollar) ödəməsi barədə qərar çıxarıb. Jurnalist bloqerin Rusiyanın hərbi kəşfiyyat agentliyi ilə əlaqələri olduğunu iddia edib.

Oktyabrın 6-da çıxarılan qərardan bir neçə gün öncə isə Rusiya hakimiyyəti Roman Dobroxotov barədə onun Ukraynaya qanunsuz keçməsilə bağlı həbs orderi çıxarıb.

Dobroxotov Latviyada yerləşən “The Insider” araşdırmaçı saytının baş redaktorudur. Rusiya hakimiyyəti müstəqil xəbər mediasına təzyiqlər çərçivəsində bu saytı da “xarici agent” qrupuna salıb. Bundan bir neçə gün sonra isə Dobroxotovun və valideynlərinin mənzillərində polis axtarış aparıb.

Qarşılıqlı ittihamlar

Jurnalistin pasportu əlindən alınsa da ölkədən çıxa bilib. Həyat yoldaşı və uşaqları isə Moskvada qalıb.

Polis axtarışı niderlandlı jurnalist Maks van der Verfin iddiası əsasında apardığını bildirib. Bloqer vebsaytı böhtanda ittiham edib.

Dobroxotov van der Verfin Rusiya hərbi kəşfiyyatı ilə əməkdaşlıq edərək 2014-cü ildə Ukrayna səmasında vurulmuş Malayziya təyyarəsi haqda alternativ fikirlər yaymaqda suçlayıb. Təyyarədə əsasən niderlandlılar olmaqla 298 nəfərin hamısı həlak olub.

Van der Verf beynəlxalq təhqiqatçıların qənaətlərini rədd etməsilə tanınır. Təhqiqatçıların gəldiyi qənaətə görə, təyyarə Rusiyadan gətirilən BUK zenit-raket kompleksi ilə vurulub.

Rusiya isə hadisədə əli olmadığını deyərək bir neçə versiya irəli sürüb.

XS
SM
MD
LG