Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:45

Facebook Rusiya və başqa dövlətlərin medialarına ‘yarlıq’ qoyur


Facebook bildirir ki, dövlət nəzarətində olan mediaların, o cümlədən Rusiyanın Sputnik, İranın Press TV və Çinin Sinxua agentliklərinin onun platformalarında yaydıqları materiallara yarlıq qoyulmasına başlayıb.

Sosial media nəhəngi izah edir ki, bundan məqsəd istifadəçiləri həmin qurumların dövlətlərin təsiri altında olmasından xəbərdar etməkdir.

Facebook dövlət mediası yarlığından istifadə edəcəyi barədə planlarını hələ ötən oktyabrda bəyan etmişdi. Şirkət iyunun 4-dən həmin prosesə başlandığını bəyan edib:

“Biz bu naşirlərə daha geniş şəffaflıq tətbiq edirik, çünki bunlar özlərində dövlətin strateji dəstəyinə malik media qurumunun nüfuzunu ehtiva edirlər”.

Xəbər verilir ki, Facebook yarlıq qoyulması prosedurunu ilkin olaraq 200 səhifəyə şamil edib.

Məsələn, Sputnikin səhifəsindəki “Səhifə şəffaflığı” bölməsinə qoyulmuş yarlıqda deyilir: “Bu naşir qismən və ya tamamilə dövlətin redaktə nəzarətindədir. Bu, limitisiz maliyyələşmə, struktur və jurnalistika standartları da daxil bir sıra faktorlarla müəyyənləşdirilib”.

Belə bir xəbərdarlıq Çinin Sinxua xəbər agentliyinin səhifəsinə də qoyulub.

ABŞ medialarına yarlıq niyə qoyulmayacaq?

Facebook ABŞ-da mənzillənmiş xəbər qurumlarının heç birinə yarlıq qoyulmayacağını bildirib.

Şirkətin kibertəhlükəsizlik siyasəti şöbəsinin rəhbəri Nathaniel Gleicher deyib ki, bu, ABŞ-da hətta hökumət tərəfindən maliyyələşdirilən mediaların da redaksiya müstəqilliyinə malik olması ilə bağlıdır.

Gleicher-in sözlərinə görə, Facebook siyasi fiqurlar və partiyalarla bağlı media qurumlarına da yarlıq qoymayacaq.

Sözü gedən yarlıq və ya xəbərdarlıq nişanı qlobal tətbiq olunacaq və Facebook-un Birləşmiş Ştatlarda yayınlanan xəbər xətlərində görünəcək.

Facebook bildirir ki, bu üsulun tətbiqindən əvvəl dünya boyunca media, idarəetmə və insan haqları sahəsində ixtisaslaşan 65-dək ekspertlə məsləhətləşmələr keçirib.

“Dövlət nəzarətində olan media” anlayışı

Şirkət bunu da əlavə edir ki, “dövlət nəzarətində olan media” anlayışı təkcə maliyyələşdirmə və sahiblik faktorlarını deyil, ümumiyyətlə, hökumətin redaksiya siyasətinə təsirini əks etdirir.

Bunun müəyyənləşdirilməsi üçün media qurumlarının missiya bəyanatlarına, sahiblik strukturuna, redaksiya siyasətinə, maliyyə mənbələrinə və idarəetmə və hesabatlılıq mexanizmlərinə baxılır.

Bəyanatda deyilir:

“Əgər biz müəyyən etsək ki, redaksiya müstəqilliyinin təmin edilməsi üçün kifayət qədər müdafiə mexanizmi mövcuddur, onda belə medialara yarlıq qoyulmayacaq”.

Bu da qeyd olunur ki, qurumun redaksiya müstəqilliyi müddəasının onun nizamnaməsində olmasına və bu müddəya əməl edildiyinə dair etibarlı təşkilat tərəfindən inandırıcı dəyərləndirmə verilməsinə diqqət yetirilir.

Facebook bəyan edir ki, onlara yarlığın yanlış olaraq tətbiq edildiyinə inanan təşkilatlar, apellyasiya şikayəti edə bilərlər.

Siyasi reklama qadağan qoyulacaq

Facebook bunu da bildirir ki, bu ildən etibarən hər hansı dövlətin nəzarətində olan bütün mediaların ABŞ istifadəçisini hədəfləyin reklamlarına qadağan qoyulacaq. Şirkət qeyd edir ki, pulu ödənmiş reklamların naşirlərinin şəffaflığı da təmin ediləcək.

Bəyanatda deyilir ki, dövlət nəzarətində olan medialar ABŞ-da nadir hallarda reklam dərc edirlər, lakin buna baxmayaraq, hər ehtimala qarşı, 3 noyabr seçkisi ərəfəsində sözü gedən siyasət Amerikada da tətbiq ediləcək.

Facebook bundan əvvəl Rusiyanın 2016-cı il ABŞ seçkisinə onun platformasında müdaxiləsinin qarşısını ala bilmədiyini etiraf etmişdi.

XS
SM
MD
LG