Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:14

Hindistan Aydan sonra Günəşi də öyrənməyə kosmik missiya yollayıb


Hindistan aydan sonra günəşin öyrənilməsi üçün də kosmik missiyanın buraxılışını həyata keçirib

Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) açıqlama yayıb.

Məlumata görə, sentyabrın 2-də “Aditya-L1” avtomatik Günəş stansiyasının buraxılışı uğurla həyata keçirilib. Aditya-L1 stansiyası Hindistanın Günəşi müşahidə edən ilk kosmik missiyasıdır.

Buraxılış "ISRO" tərəfindən canlı yayımlanıb və 860.000 min nəfərdən çox izləyicisi olub.

Hindistan yaxın zamanda Aya da növbəti kosmik missiyanı yolladığını açıqlamışdı.

İSRO tərəfindən buraxılışı həyata keçirilən "Chandrayaan-3" adlı həmin missiya Ayın cənub səthinə eniş edən ilk kosmik gəmi hesab edilir.


Rusiya da bu yaxınlarda Ayın cənub qütbünə öz kosmik gəmisini yollamağa cəhd edib. Rusiyanın "Luna-25" stansiyası adlı həmin stansiyası Ayın səthinə yaxınlaşarkən nəzarətdən çıxıb və qəzaya uğrayaraq Ayın səthinə çırpılıb.

Qeyd edək ki, Hindistan ABŞ, SSRİ və Çindən sonra Aya yumşaq eniş edən dördüncü ölkə olaraq tarixə keçib.

XS
SM
MD
LG