Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:08

Azərbaycan və Rusiya prezidentləri danışıb


Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.

Noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.

AZƏRTAC-ın xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin deyib ki, “biz sizinlə Azərbaycan prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Federasiyası prezidentinin üçtərəfli bəyanatını imzalayırıq.

O bele bir ümid dilə gətirib ki, birgə bəyanatda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, həm də təsbit edilən razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq:

“Ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə Azərbaycan ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq”.

Prezident İlham Əliyev isə deyib ki, Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur:

“Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir”.

Onun deməsinə görə, əmindir ki, münaqişənin hərbi-siyasi nizamlanması regionda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir və bu gün həmin münaqişənin sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi, BMT Təhlükəsizlik Şurasının əfsuslar olsun ki, uzun müddət kağız üzərində qalmış qətnamələrinin implementasiyasıdır.”

Daha sonra o, Rusiya prezidentinə bu prosesdə fəal iştirakına görə təşəkkürünü bildirib:

“Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolu sanballı olacaq.”

O əlavə edib ki, Türkiyə prezidenti cənab Recep Tayyip Erdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürünü bildirmək istərdi:

“Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradırıq. Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Ona görə də bu gün mən bu sənədi sevinc hissi ilə, qürur hissi ilə imzalayıram …”

XS
SM
MD
LG