Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:07

Psixoloqdan xəbərdarlıq: 'İntiharlar arta bilər'


Azad İsazadə
Azad İsazadə

Rəsmi məlumatlara görə, ötən ilin 9 ayında ölkədə ölüm həddinə çatdırmaq ittihamı ilə 500 cinayət işi açılıb.

Rəsmi iddialara inansaq, bu, hər gün 2-3 insanın Azərbaycanda canına qıydığı anlamına gəlir.

Psixoloq Azad İsazadə də AzadlıqRadiosuna bildirib ki, son illər ölkədə intihar halları artır.

Onun fikrincə, intihara aparan səbəblər çoxdur. Yalnız bir səbəbin üzərində dayanmaq subyektivlik olar.

A.İsazadəyə görə, bu məsələdə ən pis hal bu problemi sistemli şəkildə araşdıran, statistikanı ümumiləşdirən bir qurumun olmamasıdır: «Hökmən deyil ki, bu qurum dövlət qurumu olsun, bu bir mərkəz şəkilində və ya başqa bir statusda fəaliyyət göstərə bilər. Bu qurum bir koordinasiya qurumu kimi də çalışa bilər. Əsas odur ki, bu mərkəz yaradılsın və ölkədə baş verən intiharlar sistemli şəkildə öyrənilsin».

A.İsazadə deyir ki, səbəblər müxtəlifdir. Ancaq depressiya «epidemiya» kimi ölkəni bürüməkdədir. Onun fikrincə, bu hadisələrdə zahirən sosial-maddi problemlər önə çıxır. Amma psixoloqun deməsinə görə, çoxlu yoxsul insanlar var ki, heç canına qıymağı ürəyindən belə keçirmir: «Odur ki, hətta sosial-maddi problemlərin özü də bu hadisələrdə nisbi anlayış kimi qəbul edilməlidir. Görünür başqa amillərin də bu prosesə ciddi təsiri var».

A.İsazadə deyir ki, burada yaş qrupları, regionlar, səbəblər təsnifləşdirilməli və hadisələr elmi şəkildə öyrənilməlidir.

«Əgər bu hadisələr sistemli şəkildə öyrənilməsə, intiharlar kortəbii olaraq artan sürətlə davam edəcək»,- deyə psixoloq xəbərdarlıq edir.

XS
SM
MD
LG