Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:08

Təbrizdə su qıtlığı yaşanır


İranın Təbriz şəhərində içməli su qıtlığı etirazlara səbəb olur. Hökümət ölkədə davam edən şiddətli isti hava dalğası nəticəsində iki günlük rəsmi tətil elan etməyə məcbur qalıb.

Qeyd edək ki, son bir həftə ərzində Təbriz şəhərinin müxtəlif yerlərində içməli suyun təchizatı ilə bağlı kəsintilər yaşanmaqdadır. Məlumata görə, şəhərin bir çox rayonunda içməli su təchizatına məhdudiyətlər tədbiq edilir.

Təbriz şəhərində baş verən vəziyyətlə bağlı artan narazılıq, yerli mətbuat orqanı “Nəsr”-də hakimiyyəti tənqid edən məqalədə öz əksini tapıb. Həmin məqalədə su təchizatının "uzunmüddətli" pozulması ilə bağlı narahatlıq qeyd olunur. Yazıda sakinlərin isti hava dalğası, quraqlıq, pisləşən həyat şəraiti və inflyasiya daxil olmaqla bir çox problemlə qarşı qarşıya olduğu vurğulanır.


“Şəms Təbriz” adlı bir başqa mətbuat orqanı isə şəhərdə baş verən vəziyyəti “Təbriz sakinlərinin əsəbləri üzərində parad” olaraq adlandırıb.

Şərqi Azərbaycan Su və Kanalizasiya Şirkətinin rəhbəri Məhəmməd Xani, Təbrizdə baş verən su qıtlığını şiddətli istilər ərzində “həddindən artıq istehlak” ilə əlaqələndirərək, istehlakın 20 faiz artdığını və bu durumun su təzqiyinin azalmasına və kəsintilərə səbəb olduğunu açıqlayıb.

Xani, şirkətin yeni su mənbələri əldə etməsi nəticəsində su qıtlığının qısa müddət ərzində həll edildiyini, vəziyyətin normallaşdığını bildirib. Qurum rəhbəri, həmçinin sakinlərə xəbərdarlıq edib ki, gələcəkdə su azalmalarının qarşısını almaq üçün "su istehlakına nəzarət"-i həyata keçirsinlər.

Məhəmməd Xani Təbrizin başlıca su mənbəyi olan Nəhənd su anbarının quruması fonunda, yeni su tədarüklərinin haradan gələ biləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.


Su anbarı adətən ilin bu vaxtları dolu olsa da, yerli mətbuat orqanları hövzənin hazırki durumunu “Nahan səhrası” olaraq adlandırır.

Qeyd edək ki, son həftələrdə, Zəhədan və Əhvaz daxil olmaqla İranın bir çox şəhərində su qıtlığının yaşandığı bildirilir. Böyük şəhərlərlə yanaşı, Kürdistanın əyalətinin Divandərah şəhərdində də su kəsintiləri baş verməsi etirazlarla ilə nəticələnib.


Mütəxəsislər iqlim dəyişikliyinin İranda quraqlıq və selləri gücləndirdiyi fikrindədirlər. Onlar tez-tez baş verən quraqlıq və sellərin ölkədə qida təhlükəsizliyini təhdid edə biləcəyini deyirlər.

İran Meteorologiya Təşkilatının hesablamalarına görə, ölkə ərazisinin 97%-i müxtəlif dərəcələrdə quraqlıqdan əziyyət çəkir.

XS
SM
MD
LG