Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:17

Kreditlər kiçik sahibkarlara çatmır


►Ekspertlərin fikrincə, Sahibkarlığa Kömək Milli Fondu son illər daha çox iri holdinqlərin hamisinə çevrilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ötən il sahibkarlara 248 milyon 500 min manat güzəştli kredit ayırıb.

Hökumət sahibkarlara dövlət dəstəyininin artırılmasını vəd etsə də, 2014-cü illə müqayisədə kreditlərin ümumi məbləği 46 milyon 500 min manat azalıb.

Güzəştli kredit almış sahibkarların sayında da azalma var. 2014-cü ildə SKMF-dən kredit alanların sayı 5 min 560 şirkət və fiziki şəxs idisə, ötən il buna 5 min 243 subyekt nail ola bilib.

Buna da bax: Sülh küçəsindəki mağazaları kim sökmək istəyir?

Ucuz kreditlərdən yararlanmaq üçün…

Bölgələrdə çalışan sahibkarlar, özəlliklə fermerlər deyirlər ki, dövlətin ucuz kreditlərindən yararlanmaq üçün qoyulan şərtlər ağırdır. Müvəkkil banklar Fondun maliyyələşdirdiyi layihələrin təminatı kimi, daşınmaz əmlakın məhz paytaxt Bakıda girov qoyulmasını tələb edirlər.

Ekspertlərsə tövsiyə edirlər ki, bir çox bənzər xarici fondlar kimi, SKMF-in özü kiçik sahibkarlığın dəstəkçi və təminatçısı olsun. Mütəxəssislərin fikrincə, bu halda kreditlərin ələçatımlığı, dolayısıyla kredit alacaq şəxslərin çevrəsi xeyli genişlənərdi.

Rövşən Ağayev
Rövşən Ağayev

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi sədrinin müavini Rövşən Ağayev AzadlıqRadiosuna deyib ki, hazırda Fond vəsaitlərinin önəmli hissəsi iri layihələrin maliyyələşdirilməsinə yönəldilir. Başqa sözlə, SKMF, faktik olaraq, ilkin məqsədlərindən - kişik sahibkarlığa maliyyə dəstəyinin təmin edilməsindən yayınıb.

Buna da bax: Bayram dəhşətləri

Təklif: “Fond vəsaitlərinin, ən azı, 30 faizi…”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin fikrincə, regional və digər əsaslarla ədalətli bölüşdürülmə üçün SKMF vəsaitləri sahibkarlıq subyektlərinin ölçüsünə görə limitləşdirilməlidir:

“Düşünürəm ki, Fond vəsaitlərinin bölüşdürülmə müxanizmi dəyişdirilməli, onların, ən azı 30 faizi kiçik sahibkarlara verilməlidir”.

İqtisadçı AzadlıqRadiosuna onu da deyib ki, sahibkarlığın inkişafının təmin olunması üçün Fondun xəttiylə verilən güzəştli kreditlərin ümumi həcmi ən azı 2-3 dəfə artırılmalı, bir çox sahələr üzrə faizsiz kreditlər verilməli, prosedurlar sadələşdirilməlidir.

SKMF iri şirkətlərə o vaxt kredit ayırmalıdır ki…

Ruslan Atakişiyevin bir təklifi də var. Onun fikrincə, bazarda hökmran mövqeyə sahib 70-dək iri şirkətə SKMF o vaxt kredit ayırmalıdır ki, həmin şirkətlər idxalı

əvəzləyən və ixrac yönümlü məhsul istehsalına üstünlük versinlər. İqtisadçının bir başqa təklifi də müvəkkil kredit təşkilatları arasında qeyri-bank kredit təşkilatlarına daha çox yer verilməsidir.

Xatırlatmaq yerinə düşər ki, 2014-cü ildə SKMF-yə dövlət büdcəsindən 150 mln. manat ayrılmışdı. 2015-ci ilin əvvəlinə Fondun kredit portfeli 856 milyon 400 min çivarında idi.

Bu il Fonda dövlət büdcəsindən cəmi 66 milyon manat ayrılıb. Bu, 2015-ci ildəkindən 91 milyon 200 min manat azdır.

XS
SM
MD
LG