Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:52

Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."


Mihran Poghosyan
Mihran Poghosyan

►"Ofşor ustası" istefasını belə izah edir...

Ermənistanda Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icbari icrası xidmətinin rəisi, general-mayor Mihran Poghosyan "Panama Sənədləri" ilə bağlı qalmaqalda adının hallanması səbəbindən istefa ərizəsi yazıb.

*Youtube Kanalımıza Abunə yazılın - ölkədə baş verənlərdən xəbəriniz olsun

"Ermənistan və xarici KİV-lərində mənim adım Panama ofşorları barədə yazılarda hallanır. Təəssüf edirəm ki, adım əslində milyardlarla dolları mənimsəmiş Azərbaycan prezidenti İlham Əliyevin ailəsi ilə yanaşı çəkilir," deyə o bildirib.

M.Poghosyan deyib ki, adının ofşor qalmaqalında hallandırılması "ölkəsinin avtoritar Azərbaycanla müqayisə edilməsinə" səbəb olub və o, bunu qəbuledilməz hesab edir, bu səbəbdən də istefa ərizəsi yazıb.

O həmçinin əlavə edib ki, adının qalmaqalda hallanması barədə yazılara şərh verəcək və bunu "artıq sıravi vətəndaş qismində" edəcək.

Aprelin əvvəlində BVF missiyasının rəhbəri Hossein Samiei ölkə rəhbərliyini Poghosyanın "Panama Sənədləri" ilə bağlı qalmaqalda iştirakı məsələsini araşdırmağa çağırmışdı.

Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun dərc etdiyi sənədlərdə Poghosyanın Panamada qeydiyyatdan keçmiş "Sigtem Real Estates Incorporated", "Hopkinten Trading Incorporated" və "BANGIO INVEST S.A." adlı üç şirkətin səhmdarı olduğu göstərilir. O, "ofşor ustası" adlandırılır.

General-mayor Poghosyanın adı ekzotik meyvə idxalına monopoliya, avtomobil idxalı, tikinti, pullu avtomobil dayanacaqları və supermarketlərlə əlaqələndirilir.

___________________________________________________________

Bunlara da bax:
Küçəyə çıxıb Şah İsmayılın kim olduğunu soruşsaq...
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

Bundan əvvəl Ermənistan parlamentinin deputatı Levon Zurabyan da Poghosyanın ofşor qalmaqalında iştirakı ilə bağlı məlumatı araşdırmağa çağırmışdı.

Ermənistanın Ədliyyə Naziri Arpine Hovvanisian bildirib ki, ölkənin bir sıra qanunlarına vergi bəyannamələrinin yanlış doldurulması və gəlirlərin gizlədilməsi ilə bağlı məsuliyyəti müəyyən edən əlavə və dəyişikliklər ediləcək.

Ümumilikdə Panamada yerləşən Mossack Fonseca hüquq şirkətinin "Panama Sənədləri" adı ilə mətbuata sızmış sənədləri arasında 72 sabiq və indiki dövlət başçısı ilə bağlı məlumatların olduğu bildirilir.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel Radio proqramında

Rusiyalı politoloq Sergey Markov Bakıda proqnoz verib ki, bu dəfə Qarabağ danışıqları uzanmayacaq
5 işçisi olan Azərbaycan səfirliyi 2 min litr pivəni kimə sifariş verib?
BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel TV proqramında
Yeni xaricdə təhsil proqramı necə olsun?
Şəkər xəstəliyi ilə mübarizə üçün yeni cihaz ixtira olundu

Buna da bax: Panama sənədlərində nələr açıqlanır

Həmçinin dinlə: Əcnəbilər nədən Şah İsmayıla «qoçqapan» və «vunderkind» deyiblər? ("İz" proqramı)

XS
SM
MD
LG