Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:35

'Dəfələrlə 'ya AXCP, ya iş' seçimi önündə qalmışam'-Dosent


AXCP
AXCP

AXCP Rəyasət Heyətinin üzvü, Dövlət İqtisad Universiteti İnformasiya və İqtisadi Texnologiyalar kafedrasının dosenti Eldar Hüseynovun işdən çıxarıldığı bildirilir.

E.Hüseynovun özü də işdən çıxarılmasını təsdiq edib:

«Doğrudur, oktyabrın 6-da mənə hər hansı xəbərdarlıq edilmədən 28 il çalışdığım universitetdən xaric olunmuşam. Bunun arxasında isə iki səbəb var. Bunun biri mənimlə «İnformatika» kafedrasının müdiri arasında olan məsələdir, digəri isə siyasi fəaliyyətimlə bağlıdır».

***Buna da bax-6 nəfərə inzibati cəza verildiyi deyilir

E.Hüseynov deyir ki, kafedra müdiri ilə onun arasında olan məsələ keçən dərs ilinin sonunda həmkarı xəstə olduğundan həmin şəxsi iki ay əvəzləməsi, amma buna görə ona pul verilməməsi ilə bağlıdır:

«Deyəndə ki, maaşımı verin, məni həmin həmkarımın üzərinə yönləndirirdi ki, pulu ondan al. Mən isə deyirdim ki, əgər mən şəxsi əvəz etmişəmsə, dərsi demişəmsə, pulu da universitet ödəməlidir».

E.Hüseynov deyir ki, siyasi fəaliyyətinə görə də önünə dəfələrlə «ya AXCP, ya iş» kimi seçim qoyulub. Onun bildirməsinə görə, bu ilin sentyabrında kafedrada 3-4 nəfəri əleyhinə ərizə yazmağa məcbur edə biliblər:

«Yazıblar ki, guya səs-küy salıram, müəllimləri təhqir edirəm və s. Məsələni Nizam-İntizam Komissiyası adlı bir quruma təqdim ediblər və oradan da rektor haqqında danışdığım əmri verib».

***Buna da bax-İcazəli mitinqə də getmək olmaz? [video]

E.Hüseynov vurğulayır ki, məsələyə susqun yanaşmayacaq və məhkəməyə şikayət edəcək.

ADP SƏDRİNİN MÜAVİNİ İŞDƏN ÇIXARILIB

«Turan» İnformasiya Agentliyi qarşı tərəfin fikrini öyrənmək məqsədilə universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb. Agentliyin xəbərinə görə, oradan məsələyə münasibət bildiriləcəyi söylənsə də, sonradan hər hansı cavab almaq mümkün olmayıb.

E.Hüseynovla birgə AXCP-nin başqa bir üzvü - Elmi Usubovun da həkim işlədiyi tibb müəssisəsindən çıxarıldığı bildirilir.

***Buna da bax-Həsrət Rüstəmov işdən çıxarıldığını deyir

Ötən həftə Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmov da işlədiyi Bakı Şəhər Təcili Yardım Stansiyasından çıxarıldığını bəyan etmişdi. H.Rüstəmov bundan öncə isə Səbail Rayon Polis İdarəsinə çağırılmışdı. Deməsinə görə, ondan Milli Şuranın mitinqinə gedib-getməyəcəyini və qohumlarının iş yerlərini soruşublar.

«Səbail Rayon Polis İdarəsində ciddi məna verə bilmədiyim saatyarımlıq sual-cavab başa çatdı. Nəticə isə belədir: Təşkilatçının kim olmasından asılı olmayaraq, bütün dinc aksiyalara bir vətəndaş olaraq qatılmağa çalışacağam», – deyə o polisdən çıxdıqdan sonra vurğulamışdı.

Onda ADP sədrinin birinci müavinin bu açıqlamasına Səbail Rayon Polis İdarəsindən münasibət almaq mümkün olmamışdı.

Mitinq. 7 oktyabr 2017
Mitinq. 7 oktyabr 2017

XATIRLATMA

Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. Mitinq zamanı AXCP sədri Əli Kərimli demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb.

Ancaq mitinqdə səslənən bu açıqlamanı da hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb. Vəkil Əsabəli Mustafayev isə bildirib ki, saxlananlardan 6 nəfər inzibati qaydada həbs edilib. Oktyabrın 9-u vəkil saxlanan şəxslərlə görüşüb. Onlar küçədə söyüş söyməkdə və polisin qanunu tələbinə əməl etməməkdə günahlandırılıblar.

Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

***Buna da bax-Nizami Cəfərov: 'İlham Əliyevin xanımının, övladlarının fəaliyyəti də göz qabağındadır'

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının üzvi, deputat Nizami Cəfərov AzadlıqRadiosuna həmin fikirləri belə dəyərləndirib:

«Bizim müxalifətin hərdən elə yersiz iddiaları olur. Azərbaycanda neft siyasətinin nəticəsi bugünkü ölkədir. Azərbaycanın inkişafıdır, onun iqtisadi, siyasi, mədəni inkişafıdır. Bunlar göz qabağındadır. Ona görə də onların verdiyi şərhlər əvvəlcədən düşünülmüş, guya problem yaratmağa istiqamətlənən mənasız söz-söhbətdir…».

Bu ilin əvvəlində də AXCP-nin bəzi üzvlərinin mitinqdə iştiraka görə işdən çıxarıldığı açıqlanmışdı. Ancaq onlardan AXCP Neftçala təşkilatının fəalları Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadə sentyabrın 25-də məhkəmənin qərarı ilə yenidən işə bərpa ediliblər.

Neftçala rayonunda müəllim işləyən bu şəxslər həm əmək intizamını, həm də məktəbdə siyasi loyallıq prinsipini pozmaqda ittiham edilərək işdən çıxarılmışdılar.

XS
SM
MD
LG