Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:48

Zaporojye AES-də bir reaktor yenidən şəbəkəyə qoşulub


Baxmut yaxınlığında Ukrayna hərbçiləri
Baxmut yaxınlığında Ukrayna hərbçiləri

Britaniya kəşfiyyatı Rusiyanın hücumunun zəifləməsini ordunun zəif perfomansı, Ukraynanın sərt müqaviməti ilə əlaqələndirir

Ukraynanın Enerhodar dövlət nüvə şirkəti bildirir ki, Rusiyanın zəbt etdiyi Zaporojye AES-də iki işlək reaktordan biri yenidən şəbəkəyə qoşulub. Reaktorlar avqustun 25-də yanğın səbəbindən AES tarixində ilk dəfə şəbəkədən ayrılmışdı.

Kiyev yanğına Rusiya qüvvələrinin ərazini atəşə tutmasının səbəb olduğunu deyir.

***

Rusiya qüvvələri Ukraynanın şərqi Donetsk vilayətində yenidən hücuma keçiblər. Bu haqda avqustun 26-da Ukrayna ordusu məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Baxmut və Avdiyevka istiqamətlərində hücumları “uğursuz” davam etdirdiyini bildirir.

Energoatom dövlət nüvə şirkəti avqustun 26-da bildirib ki, Zaporojye AES hələ də Ukraynanın elektrik şəbəkəsindən ayrılmış vəziyyətdədir. Ancaq şirkət hazırda zavodun avadanlığı və təhlükəsizlik sistemlərində problem olmadığını, şirkətin Ukrayna elektrik sistemindən ayrıca xətlə elektriklə təchiz olunduğunu bildirib.

Şirkət zavodun iki işlək reaktorunun şəbəkəyə qoşulması üzərində iş getdiyini açıqlayıb.

Nüvə radiasiyasının “qarşısı alınıb”

Prezident Volodimir Zelenskinin avqustun 25-də dediyinə görə, Rusiyanın ərazini atəşə tutmasından sonra Zaporojyenin elektrik təchizatını bir neçə saatlığa kəsməklə nüvə radiasiyası fəlakətinin qarşısı alınıb.

Moskvanın Zaporojye vilayətinə təyin etdiyi rəsmilərsə yanğına və elektrikin kəsilməsinə görə Ukrayna silahlı qüvvələrini ittiham edib.

Zavodun şəbəkədən ayrılması potensial təhlükə deməkdir. Belə ki, ehtiyat enerji sistemlərinin işinin pozulması sonucda reaktorda yanacağın əriməsinə səbəb olar.

AzadlıqRadiosunun Ukrayna xidmətinin “Sxemlər” araşdırmaçı layihəsinin avqustun 24-də əldə etdiyi yeni peyk təsvirləri zavodun yerləşdiyi ərazi üzərində tüstü dalğalarını göstərir.

Xarici rəsmilər potensial fəlakətlə bağlı xəbərdarlıq edir, Rusiya və Ukrayna qüvvələrini Avropanın ən böyük AES-ni qorumaq üçün daha çox iş görməyə çağırırlar.

Şəhərlər atəş altında

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan iki həftə sonra AES-i ələ keçirib, ancaq stansiyada çalışanlar ukraynalılardır. Bu AES-də ilk reaktor 1985-ci ildə işə salınıb.

Bu arada Ukrayna ordusunun Baş Qərargahı Rusiya qüvvələrinin Donetskdəki Slavyansk istiqamətində uğursuz hücum əməliyyatları apardığını, ölkənin ikinci böyük şəhəri Xarkovu, eləcə də Kramatorsk, Novopavlovsk, Zaporijya və Yujnobuz şəhərlərini artilleriya, tank və raket atəşinə tutmaqda davam etdiyini bildirir.

Son həftələr Rusiya Ukraynanın şərq və cənub ərazilərində hücumu səngidib. Buna böyük personal və avadanlıq itkisinin səbəb olduğu güman edilir. Müdafiə naziri Sergey Şoyqu isə bu yaxınlarda iddia edib ki, Moskva dinc sakinlər arasında itkiyə səbəb olmamaq üçün sürəti məqsədi şəkildə azaldıb.

Ordunun zəif perfomansı və...

Britaniyanın Müdafiə Nazirliyi avqustun 26-da gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, Şoyqunun bəyanatı “qəsdən yayılmış informasiyadır”.

Britaniya kəşfiyyatı Rusiyanın hücumunun zəifləməsini ordunun zəif perfomansı, Ukraynanın sərt müqaviməti ilə əlaqələndirir.

Məlumatda deyilir ki, Şoyqu və Prezident Vladimir Putin qüvvələrin yetərincə sürətlə irəliləməsinə görə azı altı generalı “çox güman” işdən çıxarıb.

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG