Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:38

Əli Kərimli: "Təəssüf ki, Trump kimi adam..."


Əli Kərimli
Əli Kərimli

►“Amerikadakı namizədlərdən heç kimi dəstəkləmirəm. Ümumiyyətlə, heç birinin siyasətini bəyənmirəm.

Donald Trump-ı isə heç dəstəkləmirəm. Hətta o seçilsə, Amerikaya ayıb olacaq. Adam çox aqressivdir”.

Bunu 24 yaşlı müəllim İlqar Əliyev deyir. Onunla Bakıdakı 33 mərtəbəli “Trump Tower” qülləsinin yaxınlığında söhbətləşirik.

Amerikadakı seçkilər, respublikaçı və demokratlardan namizədliyə iddialılar Birləşmiş Ştatlardan xeyli uzaqda olan Bakıda da izlənir. Namizədlərdən isə cəmi ikisi – Hillary Clinton və Donald Trump tanınır. Hər halda Bakıda keçirdiyimiz sorğudan belə qənaətə gəlmək olar.

“Clinton-un dünyagörüşü var”

Fikrini soruşduğumuz sakinlərdən Amerikadakı seçkilərlə maraqlanmadıqlarını deyənlər də oldu:

Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

– İstəyərdim, keçmiş prezident Clinton-un arvadı Amerikanın prezidenti olsun. Çünki onun dünyagörüşü var, o birilərin yox.

– Baxıram, görürəm ki, bir-birlərinini qırırlar. Qadın var, Clinton, “qurulma”dır.

– Bəlkə də qadın, Clinton yaxşı olar. Çünki əvvəldən onun həyat yoldaşı da prezident olmuşdu. Hər halda, siyasəti daha yaxşı bilirlər.

– Siyasətlə maraqlanmıram.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Clinton-u dəstəkləyirəm. Çünki o dövlət işində işləyib, dövlət katibi olub. Siyasəti gözəl bilir. Həm də ki, yaxşı olar, prezidet qadın seçilsin.

– Düzü, heç biri haqqında məlumatım yoxdur, maraqlanmamışam. Eşitmişəm, ancaq maraqlanmamışam.

Donald Trump və Hillary Clinton
Donald Trump və Hillary Clinton

– Yenə Trump yaxşıdır ki, heç olmasa bizim hökumətə yaxındır.

– Clinton seçilsə, yaxşı olar. Xoşuma gəlir. Həm də çox gözəl xanımdır.

– Düzü, heç biri ilə maraqlanmıram. Eşitmişəm, ancaq maraqlanmamışam. Trump haqqında eşitmişəm ki, müsəlmanların düşmənidir.

– Mənim üçün heç birinin fərqi yoxdur. Hamısı eyni şeydir, müsəlmanları sevmirlər. Ona görə xoşuma gəlmirlər.

– Heç biri ilə maraqlanmıram. Mənə öz ölkəm lazımdır. Onlar özləri bilərlər, bizə heç nə verməyəcəklər ki...

Trump və Clinton nəylə tanınır

Siyasi şərhçi Fərhad Məmmədov da deyir ki, Azərbaycanda ABŞ prezidentliyinə namizədlərdən Donald Trump müsəlmanlara qarşı qalmaqallı çıxışlarına görə, Hillary Clinton isə keçmiş dövlət katibi və keçmiş birinci ledi olduğuna görə tanınır:

Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

“Siyasi dairələrdə isə Donald Trump-ın seçki kampaniyası daha çox narahatlıqla izlənilir. Çünki Trump seçkiqabağı ziddiyyətli bəyanatlar verir. Bu da suallar doğrurur ki, belə bir adam ABŞ-da dövlətin başına gəlsə, onun yürütdüyü siyasət nədən ibarət olacaq? Belə bir adamın Azərbaycanla, keçmiş sovet məkanı ilə bağı siyasəti məni çox düşündürür. Hillary Clinton-un namizədliyinə gəldikdə, o seçilsə, Amerikada ilk qadın prezident olacaq. Onun prezidentliyinin Azərbaycana nə dərəcədə sərfəli olmasına gəlincə, onun istər senator, istərsə də dövlət katibi işlədiyi müddətdə erməni lobbisi ilə əlaqələri nəzərə alınmalıdır. Çünki dövlət katibliyi dövründə Amerikanın Qafqaz siyasətinin əsas prioritetini Ermənistan-Türkiyə barış prosesi təşkil edirdi”.

“Trump-ın populyarlığı təəssüf doğurur”

Fərhad Məmmədov deyir ki, yeni seçiləcək ABŞ prezidentinin Qafqaza, o cümlədən, Azərbaycana dair siyasəti komandası ilə fəaliyyətə başlayandan bir neçə ay sonra bəlli olacaq.

AXCP sədri Əli Kərimli də daha çox iki namizəd üzərində dayanır:

Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

“Ancaq Trump kimi bir adamın belə böyük populyarlıq qazanması təəssüf doğurur və Azərbaycanda narahatlıqla izlənir. Çünki onun bir sıra fikirləri, demokratik, insani prinsiplərə ziddir. Yəqin ki, Azərbaycan cəmiyyəti Hillary Clinton-u daha çox tanıyır. Çünki o, həm birinci ledi, həm də dövlət katibi olan zaman bütün dünyada, o cümlədən, Azərbaycanda da tanınıb. Tanınan, hərəkətləri proqnozlaşdırılan bir siyasətçidir. Bu baxımdan, yəqin ki, Azərbaycanda əksəriyyət onun namizdəliyinə daha ciddi və daha rəğbətlə baxır. Ancaq, istənilən halda, bu, ABŞ xalqının seçimidir”.

Multikultiralizm

Millət vəkili, parlamentin beynəlxalq əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyir ki, ABŞ Azərbaycanın mühüm tərəfdaşıdır. Bu ölkənin öz siyasətini hansı istiqamətdə davam etdirməsi Bakıdan ötrü vacibdir:

Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

“Biz istərdik ki, Amerika xalqının iradəsi ilk növbədə, ABŞ-ın dünyaya daha açıqlığını təmin etsin. Namizədlərdən Hillary Clinton-u Azərbaycanda yaxşı tanıyırlar. Hər zaman əməkdaşlığımız olub. Respublikaçılar Partiyasından namizədlər də əslində Azərbaycan üçün vacibdir. Onlarla da, bir sıra namizədlərlə də əməkdaşlığımız olub. Sadəcə, bizi narahat edən bir amil var. Azərbaycandan ötrü çox ciddi amil multikulturalizmdir, mədəniyyətlərin, svilizasiyaların əməkdaşlığıdır. Fərqli dinlərin nümayəndələrinin qarşılıqlı hörmətidir. İslamofobiyaya, antisemitizmə köklənmiş namizədlərin bəyanatları müəyyən qədər narahatlıq doğurur ”.

Trump-ı xatırladan bir ünvan

Müəllim İlqar Əliyevlə söhbətləşdiyimiz məkana qayıdaq. Həsən Əliyev küçəsində yerləşən 33 mərtəbəli “Trump Tower” qülləsi Bakıda Donald Trump-ı xatırladan ünvandır.

TRUMP Hotel Collection tikilinin açılışının 2015-ci ilin iyununda baş tutacağını bildirirdi.

Qüllənin nə vaxt açılacağına gəldikdə, tikintini aparan Garant Holding-dən bu haqda məlumatları olmadıqlarını dedilər.

Bu oteldə Trump-ın biznes tərəfdaşı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Trump prezidentliyə namizədliyi ilə əlaqədar açıqladığı maliyyə bəyannaməsində Bakıdakı işinə görə 2014-cü ildə azı 2, 5 milyon dollar qazandığını bildirib.

33 mərtəbəli “Trump” qülləsi Bakının ən hündür tikililərindəndir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG