Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:35

Türkiyənin yeni ABŞ hökuməti ilə münasibətləri necə olacaq?


ABŞ-ın ovaxtkı vitse-prezidenti Co Bayden (solda) və Türkiyə prezidenti Recep Tayyip Erdoğan 2016-cı ildə Ankaradakı qəbul zamanı
ABŞ-ın ovaxtkı vitse-prezidenti Co Bayden (solda) və Türkiyə prezidenti Recep Tayyip Erdoğan 2016-cı ildə Ankaradakı qəbul zamanı

ABŞ prezidenti Co Baydenin dövlət katibi vəzifəsinə namizədi NATO üzvü Türkiyəni müttəfiq kimi hərəkət etməməkdə günahlandırıb və deyib ki, Vaşinqton Rusiyadan müdafiə sistemləri aldığına görə Ankara üzərinə daha çox sanksiyalar qoyulması məsələsini nəzərdən keçirməlidir.

Reuters agentliyi yazır ki, ötən ay Vaşinqton Ankaranın Rusiyadan S-400 havadan müdafiə raket sistemi alması ilə bağlı Türkiyə hərbi sənayesi üzərinə çoxdan gözlənilən sanksiyaları elan etmiş, Türkiyə bu addımı “böyük səhv” adlandılrmışdı.

ABŞ Senatında keçirilən təsdiqləmə dinləməsində Entoni Blinken demişdi:

“Bizim strateji, belə demək mümkündürsə strateji partyorumuzun bizim ən böyük strateji rəqibimiz olan Rusiya ilə əslində bir cərgədə olması qeyri-məqbuldur. Düşünürəm ki, biz mövcud sanksiyaların təsirinə nəzər salıb bundan daha çox etməli olub-olmadığımızı müəyyənləşdirməliyik”.

ABŞ-ın yeni prezidenti kimdir?
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Dağlıq Qarabağ faktoru da var

Blinkenin bu bəyanatı keçmiş prezident Donald Trampın Ağ Evi tərk etməsindən bir gün əvvələ təsadüf edib.

Trampla Türkiyə prezidenti Recep Tayyib Erdoğan arasında yaxın münasibətlər vardı.

Blinken daha sonra deyib ki, “bizə müttəfiq olan Türkiyə özünü müttəfiq kimi aparmır və bu, bizim üçün çox böyük problem yaradır”.

Türkiyəyə qarşı sanksiyalar ABŞ-ın “düşmənlərə qarşı sanksiyalar” qanuna əsasən irəli sürülüb və Konqresdə hər iki partiyanın dəstəyini qazanıb.

Bu, həm də ABŞ-ın hər hansı NATO müttəfiqinə qoyduğu ilk sanksiyalardır.

Reuters yazır ki, Rusiyadan alınmış S-400 raketləri Co Bayden administrasiyasının Türkiyə ilə gələcək münasibətlərdə ən böyük problemdir.

Vaşinqton həm də Türkiyənin Suriya siyasətindən, Ankaranın Aralıq dənizindəki fəaliyyətindən və Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsindən narazı olub.

ABŞ Patriot texnologiyasını paylaşmaq istəməyib

Bloomberg agentliyinin yazdığına görə bütün bunlara baxmayaraq prezident Recep Tayyib Erdoğan Ankaranın Vaşinqtonla ixtilafını “yoluna qoya biləcəyinə” ümid etdiyini bildirib.

Bu arada Türkiyə Rusiya ilə S-400 raketlərinin ikinci dəstinin və bu silahın texnologiyasının alınması üçün danışıqları davam etdirir.

Bundan əvvəl Ankara ABŞ-ın Patriot raketlərinin alınması məqsədilə Vaşinqtonla aparılan danışıqları yarımçıq dayandırmışdı.

Səbəb Vaşinqtonun Patriot texnologiyasını Ankara ilə paylaşmaqdan imtina etməsi idi.

Ankaranın Rusiyadan alternativ sistemi alması onun NATO müttəfiqləri arasında narahatlıq yaratmışdı.

Onlar bildirirdilər ki, Rusiya bu sövdələşmədən Qərbin hərbi qüdrətinin öyrənilməsi üçün istifadə edə bilər.

Konqresin qəbul etdiyi qətnaməyə görə Türkiyə Rusiyanın S-400 raketlərindən imtina etdiyi halda sanksiyalardan xilas ola bilər.

XS
SM
MD
LG