Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:37

93 milyard dollarlıq vaksin satacaqlar


İtaliyada işçilərin vaksin pasportu yoxlanır
İtaliyada işçilərin vaksin pasportu yoxlanır

Bəzi ştatlarda spesifik məqsədlərlə hədəfli anticisim testləri götürülür. Amma heç bir ştat vətəndaşlar üçün bunu təşviq etmir

BioNTech/Pfizer və Moderna şirkətləri gələn il Covid-19-a qarşı vaksin bazarında dominant mövqeyini saxlayacaq, cəmi 93.2 milyard dollarlıq vaksin satacaqlar. Bu, 2021-ci ildən iki dəfə artıq satış deməkdir. “Financial Times” yeni proqnozlara əsasən belə yazır.

Sağlamlıq datasının təhlili şirkəti olan “Airfinity”-nin hesablamalarına görə, messencer RNT əsaslı vaksin hazırlamış şirkətlər 2022-ci ildə Çindən kənar vaksin bazarının 75 faizinə nəzarət edəcək.

Onların rəqibləri olan AstraZeneca, Johnson & Johnson, Rusiyanın Sputnik V, eləcə də bazara yeni daxil olan Novavax vaksin bazarının qalan hissəsini tutur. Bu bazarın ümumi dəyərinin gələn il iki dəfə artaraq 124 milyard dollara yüksələcəyi gözlənir.

BioNTech/Pfizer-in 54.5 milyardlıq, Moderna-nın isə 38.7 milyard dollarlıq vaksin satacağı proqnozlaşdırılır.

Daha az gəlir proqnozları

“Airfinity” rəhbəri Rasmus Bek Hansen bu rəqəmləri “misli görünməmiş” adlandırıb.

“2022-ci ildə satış səviyyəsinin yüksək olaraq qalacağını gözləyirik. Çünki ölkələr xəstəliyə qarşı qorumanı saxlamaq istəyirlər. Az və ortagəlirli ölkələr isə yüksək gəlirli ölkələrin artıq əldə etdiyi vaksinasiya səviyyəsinə çatmağa çalışırlar”, – o deyib.

Qəzet digər təhlilçilərin bu rəqəmlərlə razılaşmadığını da qeyd edir. Məsələn, “SVB Leerink” investisiya bankının proqnozuna görə, BioNTech/Pfizer bu il 39.5 milyard dollarlıq vaksin satacaq, amma gələn il bu rəqəm 9 milyarda düşəcək. Səbəb isə qiymətlərin düşməsi, zəngin ölkələrin tələbatının azalması, daha çox rəqabətin yaranmasıdır.

“Airfinity” BioNTech/Pfizer-in bu il 31.3 milyardlıq, Moderna-nın isə 17.6 milyard dollarlıq vaksin satacağını proqnozlaşdırır.

Anticism testi “verməyin”

Bir sıra ölkələr artıq yaşlılara, risk qrupunda olanlara buster, yəni gücləndirici dozalar təklif etməyə başlayıb. “The Washington Post” yazır ki, bir çox amerikalı özündə anticism səviyyəsini bilmək üçün test verir. Amma yoluxucu xəstəliklər üzrə ekspertlər bunu ağılsızlıq sayırlar. Çünki seroloji testlər adamların istədiyi cavabı verməkdə acizdir.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, eləcə də Qida və Dərman Administrasiyası bədəndə Covid-19-a qarşı immunitetin səviyyəsini müəyyənləşdirmək üçün anticisim testi verməməyə çağırırlar. Amerikanın Yoluxucu Xəstəliklər Cəmiyyəti də bu yanaşmaya tərəfdardır.

Bəzi ştatlarda spesifik məqsədlərlə hədəfli anticisim testləri götürülür. Amma qəzet heç bir ştatın vətəndaşlar üçün bunu təşviq etmədiyini yazır.

Məsələ ondadır ki, bu testlər qanda koronavirusa qarşı antcismlərin miqdarını aşkarlayır. Amma heç alimlərin özləri də bundan ötrü nə qədər anticisimin gərəkdiyini bilmirlər. Anticismlər orqanizmin bədənə düşən bakteriya, yaxud virusu neytrallaşdırmaq üçün hazırladığı zülal molekullarıdır.

“Gəldiyimiz yol böyük deyil və biz immunitetin hansı miqdarda yarandığını bilmirik”, – Tufts Tibb Mərkəzindən Meri Hopkins deyib.

Hazırda dünyada 240 milyon 700 minə yaxın insan koronavirusa yoluxub. Rəsmi ölü sayı isə 5 milyona yaxındır.

XS
SM
MD
LG