Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:10

ABŞ-dan Qarabağ döyüşləri ilə bağlı açıqlama


Mark Toner
Mark Toner

-

«Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur».

Bu açıqlamanı ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner aprelin 27-də keçirdiyi brifinqdə verib.

Müxbir soruşub ki, Ermənistan silahlı qüvvələri son 2 gündə cəbhə xəttində atəşkəsi bir daha pozub. «Minsk qrupunun üzvlərindən biri olan Birləşmiş Ştatların bu sabotaja münasibəti necədir?».

Mark Toner deyib ki, kövrək atəşkəs bərpa olunmuşdu: «Biz atəşkəsin ilkin mərhələdə saxlanmasından ürəklənmişdik, ancaq, görünür, gərginlik qalmaqdadır. Dövlət katibi hər iki tərəflə danışıb. Minsk qrupundakı həmsədrimiz regionda olub. Hər iki hökumət, münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamışıq. Mesajımız dəyişməyib, Dağlıq Qarabağda təmas xəttində hər hansı zorakılığı ən güclü şəkildə pisləyirik. Sülh prosesi mümkün qədər tez bərpa olunmalı və davam etməlidir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur».

Aprelin əvvəlində Dağlıq Qarabağda baş verən toqquşmalarda hər iki tərəf onlarla itki verib. Son günlər gərginlik yenidən artıb. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

"Rusiya Qarabağı Abxaziyaya çevirmək istəyir"
Gözlə

No media source currently available

0:00 0:16:32 0:00

XS
SM
MD
LG