Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:07

Azərbaycan rəqabətlilik indeksi üzrə 18 pillə irəliləyib


Dünya İqtisadi Forumu xüsusilə Azərbaycanda makroiqtisadi sabitliyin irəliləyərək 27-ci sıraya yüksəldiyini qeyd edir.
Dünya İqtisadi Forumu xüsusilə Azərbaycanda makroiqtisadi sabitliyin irəliləyərək 27-ci sıraya yüksəldiyini qeyd edir.
Azərbaycan rəqabətlilik indeksi üzrə ötən ilə nisbətən 18 pillə irəliləyib. Bu göstərici üzrə Azərbaycan 133 ölkə arasında 51-ci sırada qərarlaşır. Keçən il isə 131 ölkə arasında 69-cu sırada olub. Dünya İqtisadi Forumunun sentyabrın 8-də yayılan Qlobal Rəqabətlilik Hesabatında belə deyilir.

İNFLYASİYANIN ARTMASI NARAHATLIQ YARADIR

Dünya İqtisadi Forumu xüsusilə Azərbaycanda makroiqtisadi sabitliyin irəliləyərək 27-ci sıraya yüksəldiyini qeyd edir.

Təşkilat Azərbaycanı milli ehtiyatları və büdcəsi artan, dövlət borcları az olan bir dövlət kimi xarakterizə edir. Amma qeyd edir ki, inflyasiyanın artması narahatlıqlar yaradır. İş bazarında vəziyyət isə 34-cü yerdən 13-cü yerə qalxıb.

Hesabata görə, Azərbaycanda bir iş qurmaq üçün keçilməsi mütləq olan prosedurların sayı 13-dən 6-a, bunun üçün lazım olan vaxt isə, 30 gündən 16 günə endirilib.

YENƏ DƏ KORRUPSİYA…

Amma Dünya İqtisadi Forumu biznesin qarşısında duran problemlərin də az olmadığını qeyd edir. Ən böyük problemin isə korrupsiya olduğu göstərilir.

Sorğuda iştirak edənlər biznesə mane olan 15 böyük faktordan korrupsiyanı ən birinci göstəriblər. Rəyi soruşulanların 19.6%-i Azərbaycanda biznesə ən böyük maneəni korrupsiyada görür. Bundan sonra işçi qüvvəsinin uyğun savadının olmaması, vergilərin yüksək olması, vergi qanunvericiliyini və bürokratik əngəlləri əsas səbəblər kimi göstəriblər.


DÜNYADA VƏZİYYƏT NECƏDİR?

2009-2010-cu illəri əhatə edən bu hesabata görə İsveçrə dünyada rəqabətliliyinə görə birinci yerdədir. ABŞ aşağı maliyyə sabitliyi göstəricilərinə və makroiqtisadi sabitlik sahəsində problemlərə görə keçənilki birinci yerini itirib, ikinci sıraya düşüb.

Sinqapur üçüncü sıraya yüksəlib. Braziliya, Çin və Hindistanda da irəliləyişlər olub.

133 ölkəni əhatə edən hesabatda ilk beşlikdə Sinqapur, İsveç və Danimarka da var.

Rusiya keçən ilki yerinə baxanda 12 pillə geriləyib.

HESABAT NECƏ HAZIRLANIR?

Bu siyahı ictimaiyyətə açıq olan məlumatlar və rəy sorğusu əsasında hazırlanır.

Bu il 133 ölkədə 13 min iş adamı arasında sorğu keçirilib. Siyahı isə ölkədə 110 sahədə göstəricilər əsasında tərtib olunub.

Dünya İqtisadi Forumu müstəqil beynəlxalq təşkilatdır. Məqsədi dünya üzrə dövlətlərin və liderlərin əməkdaşlığına, həmçinin də qlobal və regional sənaye məqsədlərinə nail olmağa çalışır.

1971-ci ildə yaradılan bu təşkilat İsveçrənin Cenevrə şəhərində yerləşir.
XS
SM
MD
LG