Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:21

Bloqqerlərin yaxınları Obamaya müraciət ediblər


Adnan Hacızadə və Emin Milli
Adnan Hacızadə və Emin Milli
Bloggerlər Adnan Hacızadənin atası Hikmət Hacızadə və Emin Millinin xanımı Leyla Kərimli ABŞ prezidenti Barak Obamaya açıq məktubla müraciət ediblər.

«Mətbuatdan bizə məlum olub ki, BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində sizinlə prezident İlham Əliyevin görüşü olacaq. Bununla əlaqədar sizin diqqətinizi xuliqanlıqla bağlı saxta ittiham üzrə mühakimə olunmuş bloggerlər Emin Millinin və Adnan Hacızadənin işinə yönəltmək istəyirik. Vətəndaşlıq fəaliyyətləri və demokratik baxışları onlara çox baha başa gəlir», - deyə müraciətdə vurğulanır.

ABŞ Dövlət Departamenti də daxil olmaqla, beynəlxalq ictimaiyyət bloggerlərin həbsini pisləyib, dəfələrlə onların azad olunmasına çağırıb.

Müraciətdə yazılır: «Biz sizi İlham Əliyevlə söhbət zamanı bu məsələni qaldırmağa, Emin və Adnanı həbsdən azad etməyə çağırmağa səsləyirik. Sizin səsiniz söz azadlığının müdafiəsinə güclü dəstək ola bilər və həlledici rol oynayar».

Barak Obama və İlham Əliyevin görüşü sentyabrın 24-ü Nyu-Yorkda olmalıdır.

Bloggerlər Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Bakının «Lebanese» restoranında baş verən insidentdən sonra həbs olunublar. Onlar qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli bilinib. Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

/Turan/
XS
SM
MD
LG