Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:34

Azərbaycan rəssamı ola bilərdi, İran rəssamı oldu


Aydın Agdashloo
Aydın Agdashloo

-

Qonşu ölkələrin modern sənət axınları

ADR NAZİRİNİN OĞLU

Aydın Agdashloo (1940) – rəssam, incəsənət tənqidçisi, qrafik dizaynerdir. Rəssamlıqla yanaşı, İran universitetlərində mühazirə oxuyur.

İranın Rəşt şəhərində doğulub. Atası Məmməd Ağdaşlı (Hacıyev) Azərbaycan Demokratik Respublikasının 1919-20-ci illərdə əmək naziri olub.

Sovet Ordusu Azərbaycana girəndən sonra o və həyat yoldaşı Nahidə - Aydının anası Azərbaycanı tərk edərək, Təbrizə qaçıblar. Bir az orada qalandan sonra Rəştə köçüblər və Aydın orada doğulub. Aydının 5 yaşında isə Tehrana köçüblər.

Aydın Agdashloo Azərbaycan türkcəsini bilmir, farsdillidir.

Şah zamanında şahbanu Fərəh Pəhləvi onu İncəsənət məsələləri üzrə Şahbanunun xüsusi idarəsinin başçısı təyin edib. O zaman Aydın Agdashloo-nun işi Andy Warhol, Pablo Picasso, Claude Monet kimi müasir rəssamların əsərlərini Tehran Müasir İncəsənət Muzeyi üçün satın almaq olub.

İslam İnqilabından sonra Agdashloo Xomeyni rejimi altında təqiblərlə üzləşib, rejimi tənqid etdiyinə görə, on il İranı tərk etməmək haqda cəza da alıb.

Amma sonra yeni vəziyyətə, incəsənət və mədəniyyətdə İslamlaşdırma siyasətinə uyğunlaşmaq qərarına gəlib.

Aydın Agdashloo-nun uşaqlıq yaşlarından Renessans rəssamlarına böyük sevgisi olub, onların əsərlərini olduğu kimi, ən xırda detallarına qədər kopyalayarmış.

Sonradan, yaradıcılığının iki əsas xəttindən birinə çevrilən "Destruksiya Xatirələri” (“Memories of Destruction") seriyası da bu sevgidən doğub.

1970-ci illərin əvvəllərindən 1980-ci illərin əvvəllərinə qədər yaratdığı bu seriyadan olan əsərlərində o, Renessas dövrünün insanlarını çəkir və sonra onları bir qədər "korlayır", sifətdən salır, bununla da kimlik və gözəlliyi destruksiya edirdi.

Məsələn, üzü qələmlə kobudcasına cızılmış bir İntibah dövrü qadını.

İncəsənətdə İslamlaşma siyasəti başlanandan sonra o, eyni vaxtda İslam və Renessans modellərindən istifadə etməyə başlayır.

1990-cı illərdə "Düşən mələklər" ("Falling Angels") seriyasını yaradır.

Onun əsərləri Christie'sSotheby's kimi öncül qalereyalarda satılıb.

Aydın Agdashloo üç məqalələr kitabı, iki rəsm kolleksiya kitabı və İran incəsənət tarixinə dair iki təqiqat kitabının müəllifidir.

Aşağıda onun 1970-ci illərdə çəkdiyi "Xatirələr destruksiyası" seriyasından bir neçə nümunəni təqdim edirik.

Oxu zalı

XS
SM
MD
LG