Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:01

«Lavrovun səfəri Qarabağla bağlı deyil»


Vladimir Putin, İlham Əliyev və Sergey Lavrov (arxiv fotosu)
Vladimir Putin, İlham Əliyev və Sergey Lavrov (arxiv fotosu)

-

Rusiyanın Cənubi Qafqaza son həmləsi, yoxsa sıradan bir səfər...

«Bizim yol» qəzeti yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri heç də rəsmi açıqlamada olduğu kimi Qarabağ problemi və ya iki ölkə arasındakı münasibətlərin inkişafı deyil. Qəzet yazısında «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin təhlilinə istinad edərək yazır ki, bu gün iqtisadi sanksiyalarla küncə sıxılmış Rusiya üçün öz geosiyasi və iqtisadi təsir coğrafiyasını genişləndirmək həyati əhəmiyyət kəsb edir: «Son 2-3 il ərzində bu ölkənin Azərbaycanı öz təsir dairəsinə keçirmək üçün göstərdiyi fasiləsiz səylər də bunu deməyə əsas verir və bu da təsadüfi deyildi. Şübhəsiz ki, Moskvada Vaşinqtonun İran və bütövlükdə Yaxın Şərq siyasətinin hədəfləri və məqsədləri barədə məlumatlı idilər (Moskva İranın nüvə proqramı ilə bağlı danışıqlar aparan «5+1» formatında təmsil olunur) və Azərbaycana marağın artmasının başlıca səbəblərindən biri də yaxın zamanlarda Rusiyanın öz önəmli ənənəvi Cənub müttəfiqini (İranı) itirə biləcəyi ehtimalı idi. İran-Qərb münasibətlərinin yeni mərhələsinin intensiv dinamikası Moskvanı özünün Cənubi Qafqazda möhkəmlənmək planlarını sürətləndirməyə sövq edir və bu da anlaşılandır - zaman Rusiyanın əleyhinə işləyir»

2016-cı ilin büdcəsi 6 milyard azaldılacaq?

Əli Məsimli (arxiv fotosu)
Əli Məsimli (arxiv fotosu)

Milli Məslisin üzvü, Azərbaycanın keçmiş baş naziri Əli Məsimli «Yeni Müsavat» qəzetinə bildirib ki, neftin qiymətinin kəskin ucuzlaşması bir sıra dəyişikliklərin edilməsini, büdcə gəlir və xərclərinin azaldılmasını labüd edib. O deyib ki, hələlik bu barədə konkret rəqəm söyləmək mümkün deyil: «İlk növbədə gələn ilin büdcə proqnozlarında neftin qiyməti builki kimi 90 dollar deyil, təqribən iki dəfə aşağı götürülməli olacaq. Yəqin ki, son illərdə həmişə olduğu kimi, bu il də Maliyyə Nazirliyi 2016-cı ilin dövlət büdcəsinin çoxvariantli ssenarilərini hazırlayacaq və vəziyyətdən asılı olaraq müəyyən korrektələr edəcək».

Ə.Məsimli qeyd etdi ki, böyük ehtimalla gələn ilin büdcəsində Neft Fondundan transfertlər azaldılacaq: «Digər tərəfdən, neftin qiymətinin kəskin surətdə aşağı düşdüyü bir şəraitdə gəlirlərinin azı 65 faizi neft amili ilə bağlı olan və onun da 53 faizindən çoxu birbaşa Neft Fondundan transfertlər təşkil edən büdcənin 2016-cı ildə azaldılması ilə yanaşı, həm gəlir, həm də xərc maddələrinə yenidən baxılması və müvafiq korrektələrin edilməsi labüddür».

Bahar Muradova: «Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji müttəfiqliyə əsaslanır»

Bahar Muradova, Milli Məclisin deputatı
Bahar Muradova, Milli Məclisin deputatı

Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji müttəfiqliyə əsaslandığını və onun tarixinin çox qədim olduğunu söyləyib. Yap.org.az yazır ki, vitse spiker bu fikri ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ilə görüşündə səsləndirib. O deyb ki, bu münasibətlər təkcə hər iki ölkə rəsmilərinin arasında deyil, eləcə də vətəndaş cəmiyyəti və icmalar arasında getdikcə inkişaf etməkdədir: «Bu səfər də ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcək».

Milli Məclis sədrinin müavini müasir beynəlxalq aləmdə parlament diplomatiyasının xüsusi rol oynadığını və bu istiqamətdə hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin möhkəmləndirilməsinin və genişləndirilməsinin önəmini vurğulayıb. Bildirilib ki, bu gün artıq hər iki ölkənin ən müxtəlif bölgələrində bir-biri ilə dost olan, fəaliyyətlərindən xəbərdar olan və bu imkandan da ölkələrimiz arasındakı münasibətlərə müsbət töhfə vermək üçün istifadə edən insanların çevrəsi getdikcə genişlənir.

Kirayə evlər daha baha sığortalanır

Arxiv fotosu
Arxiv fotosu

Ev sahiblərinin və kirayənişinlərin evə fərqli münasibəti özünü sığorta haqlarında da göstərir. Fins.az-ın məlumatına görə, sığorta şirkətləri kirayə verilən mənzilləri daha baha qiymətə - 50-60 manat artığına sığortalayırlar. Səbəbi kirayə verilən evlərdə riskin böyük olmasıdır.

Evi kirayə vermək sahibinə təkcə pul yox, həm də problemlər gətirir. Kirayədə qalanlar evə onun sahibi kimi qayğı ilə yanaşmırlar. Ona görə də, adətən illərlə təmir lazım olmayan ev kirayəyə verilən kimi, təmirə ehtiyac olur, - fins.az yazır: «Sığopta şirkətinin nümayəndələri bildirir ki, ev sahibi ilə kirayədə qalanların mənzilə münasibəti hər addımda özünü göstərir: «Məsələn, ev sahibi qapını örtəndə də ehtiyatla örtür, çünki ona ödədiyi məbləği nəzərə alır. Kirayəşin üçün isə bunun fərqi yoxdur». Evin istifadə təyinatı da sığorta risklərini artıra bilər. Məsələn, evin ofis və yaxud digər məqsədlə istifadə edilməsi buna misal ola bilər. Sığorta ekspertləri bildirirlər ki, xarici ölkələrdə də kirayə evlər digərlərinə nisbətən yüksək sığorta haqqı ödənilməklə sığortalanır».

XS
SM
MD
LG