Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:56

Rusiyalıların ABŞ-a münasibəti yaxşılaşır


Nyu Yorkda Rusiya Prezidenti Vladimir Putinə etiraz aksiyası, arxiv fotosu
Nyu Yorkda Rusiya Prezidenti Vladimir Putinə etiraz aksiyası, arxiv fotosu

Ötən bir il ərzində rusiyalıların Çinə münasibəti xeyli yaxşılaşıb

Rusiyalıların Birləşmiş Ştatlara münasibətində ötən bir il ərzindəki pisləşmədən sonra irəliləyiş baş verib. 2021-ci ilin əvvəlində müsbət və mənfi yanaşmalar, demək olar, bərabərləşib.

“Levada” sorğu mərkəzinin yanvarın sonu- fevralın əvvəlində keçirdiyi sorğuya görə, rusiyalıların 40 faizi ABŞ-a müsbət yanaşır, 43 faizi isə pis.

Ötən ilin noyabrında cəmi 35 faiz Birləşmiş Ştatlara müsbət yanaşdığını, respondentlərin yarısı “pis” demişdi.

Eyni zamanda, sosioloqların qeyd etməsinə görə, rusiyalıların Avropa Birliyinə münasibəti pisləşir. Yanvarda rəyi soruşulanların 45 faizi “müsbət”, 37 faizi isə “pis” yanaşdığını deyib. 2019-cu ilin noyabrında 52 faiz müsbət, üçdə biri isə mənfi münasibətdən danışırdı.

Ötən bir il ərzində rusiyalıların Çinə münasibəti xeyli yaxşılaşıb. “Levada” bildirir ki, 2020-ci ilin ilin yanvarında 65 faiz respondent bu ölkəyə müsbət, 24 faiz pis baxırdı. 2021-ci ilin əvvəlində 75 faiz respondent müsbət, 10 faiz isə mənfi münasibətini vurğulayıb.

Bir il öncə rusiyalıların 80 faizə qədəri deyirdi ki, Rusiya və Qərbi tərəfdaşlıq və dostluq telləri bağlamalıdır. Cəmi 16 faiz respondent Qərbi rəqib kimi, 3 faiz isə düşmən kimi görürdü.

XS
SM
MD
LG