Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:29

Köhnə foto, üstəgəl güzgülər


Samirə Əlixanzadənin əsəri
Samirə Əlixanzadənin əsəri

-

Qonşu ölkələrin modern sənət axınları

Yenə də tamaşaçının iştirakı

Samirə Əlixanzadə - (Tehran, 1967) ilk rəssamlıq təhsilini İran rəssamı Aydın Ağdaşlıdan alıb. İlk əsərlərinin mövzusu pəncərədən müxtəlif bucaqlar altında düşən işıq şüaları olub.

Samirə Əlixanzadə tapdığı köhnə fotolardan, xüsusən 1940-50-ci illərin ailə fotolarından öz sənətini yaratmaq üçün istfadə edir. Köhnə şəkillərdə təkcə melanxoliya yox, yumor keyfiyyəti də görür.

Güzgüdən istifadə etməklə tamaşaçının da həmin əsərlərdə iştirakını oynaq bir şəkildə təmin edir.

Bunlar təkcə adi güzgülər deyil, həm də qeyri-real şəkillər yaratmaqdan ötrü diaqonal qurulan güzgülərdir.

O, fotoşəkilləri kağıza yox, taxta, şüşə üzərinə çap edir, işlərində xalıdan, parçadan və başqa materiallardan istifadə edir.

ABŞ, Avropa, Orta Şərq ölkələrində 30-dan artıq sərgisi olub. İki əsərini Los Anceles İncəsənət Muzeyi 2010-cu ildə satın alıb.

Oxu zalı

XS
SM
MD
LG