Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:17

Sadə karandaşla meditativ bir qasırğa


Danja Akulin
Danja Akulin

-

Qonşu ölkələrin modern sənət axınları

Penumbra sənəti

Danja Akulin (1977, Sankt Peterburq) - sənət təhsilini Berlində alıb, tanınmış çağdaş rəssam, ABŞ-da neo-ekspressionist, Avropa perspektivindənsə postmodern hesab olunan rəssam Georg Baselitz-in tələbəsi olub.

Akulinin rəsmləri tamaşaçını meditativ bir qasırğaya salır.

Bu rəsmlər sadə karandaşla çəkilir, rəngləri ağ, boz, qaradır. O, öz rəsmlərini estetik minimalizm hesab edir.

Ancaq bu rəsmlərin kəmiyyət ölçüləri böyükdür. Az qala, asıldığı divarların hamısını tutacaq qədər böyük.

“Penumbra” sözü yarım-işıq deməkdir. Latın mənşəli “paene umbra” hərfi mənada “demək olar ki, kölgə” mənasını verir. Kölgə və işıq arasında bir sahə var ki, orada qaranlıq çalarlı penumbra-nı görmək olar.

O sahənin işıqlı, yoxsa qaranlıq olduğunu demək çətindir.

Danja Akulin öz əsərlərində azca işıqlandırılmış mənzərələri göstərir. Mənzərələri göstərmək üçün işıqdan elə istifadə edir ki, bu vizual görüntü emosiyaları və fikirləri qaranlıqla işığın dualizminə salır.

Qaranlığa dumanlı işıq salmaqla Günəşi tam işıqda göründüyündən də artıq göstərmək mümmkündür.

Onun rəsmləri mimezis deyil, yəni real bir obyekti olduğu kimi təsvir etmir. Bu əsərlər öz metodikasını fəlsəfədən, ədəbiyyatdan - Nietzsche'nin “Faciənin doğuluşu” əsərindən götürür. Nietzsche həmin əsərində işıq və qaranlıq məsələlərini təhlil edir.

Əsərləri Almaniya, Rusiya, ABŞ, Britaniya qalereyalarında nümayiş etdirilir.

XS
SM
MD
LG